Vakant vəzifələr üzrə müsahibələrdə indiyədək 57 namizəd uğur qazanıb
26-05-2022, 07:14
339

Vakant vəzifələr üzrə müsahibələrdə indiyədək 57 namizəd uğur qazanıb

On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.

 

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:20-dək olan məlumata görə, 57 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.
0 0

Şərhlər

Oxşar xəbərlər