Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib-DİM
28-01-2023, 08:25
377

Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib-DİM

Elan üzrə 11 dövlət orqanında mövcud olan 26 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

 
TehsilForumu.Az  xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 21 namizədlə 21 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsi, Ümumi şöbə (1 vakant yer üzrə 7 namizəd) üzrə yaranıb.

 

Müsahibələrin 2023-cü il fevralın 1-dən 8-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

 

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər