"Müəllimlərimizi Tanıyaq" - Fidan Vəliyeva
11-01-2024, 12:08
773

"Müəllimlərimizi Tanıyaq" - Fidan Vəliyeva


Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Fidan Vəliyeva haqqında danışacağıq.

Fidan Vəliyeva 1994-cü ildə Yevlax Rayon Malbinəsi kəndində anadan olmuşdur.
2011-ci ildə Yevlax Rayon Malbinəsi kənd Nizami Gəncəvi adina tam orta məktəbi bitirib, Gəncə Dövlət Universitetinin Fizika müəllimliyinə qəbul olmuş, 2018-ci ildə MİQ-üzrə imtahan vererək Bərdə Rayon Hacallı kənd E.Zeynalov adına tam orta məktəbin fizika müəllimliyinə daha sonra yenidən imtahan verərək 2019-cu ildə Bərdə Rayon Güloğlular kənd ümumi orta məktəbə yerini dəyişmişdir.
2020-ci ildə Elm və Təhsil Nazirliyinin uğurlu layihəsi olan Peşə təmayüllü siniflərin təşkili layihəsində qrup rəhbərliyi vəzifəsinə qəbul olmuş, bununla bərabər Steam müəllimi kimidə çalışır.
2023-cü ildə Peşə təmayüllü siniflər layihəsində inspektor və koordinator seçilmiş və Qızlar Oxusun layihəsində mentordur.
İngiltərə Türkiyə və Azərbaycanlıların əməkdaşlığı olan "Gecmişdən Gələcəyə doğru" adlı layıhənin qurucusudur.
Bir neçə sertifikat və fəxri fərmanlar ilə mükafatlandırılmışdır.

Təhsil Forumu sosial platforması adından Fidan müəllimə uğurlar və müvəffəqiyyətlər diləyirik.
3 0

Şərhlər

Oxşar xəbərlər