"Müəllimlərimizi Tanıyaq" - Gülnarə Babayeva
4-11-2023, 12:25
518

"Müəllimlərimizi Tanıyaq" - Gülnarə Babayeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə 
Gülnarə Babayeva haqqında danışacağıq.

Babayeva Gülnarə Əlövst qızı 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2009-cu ildən Bakı şəhəri Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasında tərbiyəşi müəllimə vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.İdarə və rəhbərlik tərəfindən bir neçə “ Diplom“ , “Fəxri fərman“, “Fərqlənmə“, “Təşəkkürnamə“ ilə mükafatlandırılmışdır.
Bildiyimiz kimi, şəxsiyyət birinci dəfə məktəbəqədər yaş dövründən doğulur. Psixoloji baxımdan birinci dövrdə şəxsiyyətin “təvəllüd tarixi“ 3 yaşında başlayır. Şəxsiyyət ikinci dəfə isə yenyetməlik dövründə doğulur.
Uşaqların zəngin öyrənmə təcrübələri vasitəsi ilə sağlam böyümələrini; motor, sosial və emosional, dil,nitq inkişafı, məntiq, riyaziyyat, şəxsiyyətin formalaşması, müsiqi-ritm kimi sahələrdə inkişafların ən səviyyəyə çatması, özünə qulluq bacarıqlarının qazanmaları nəzərdə tutulur. 
Bağça Xətai raoyonu üzrə ən öndə gedən bağçalardan biridir. Buna baris nümunə olaraq müəssisədə aparılan işləri, keçirilən tədbirləri, açıq dərsləri misal göstərmək olar.
Bağçada keçirilən “Bədii ədəbiyyat“(nitq inkişafı), “Sadə riyazi təssəvürün inkişafı“ (rəqəmlər, tərsinə-düzünə sayma, həndəsi və fəza fiqurları)“ Təsviri sənət“-aplikasiya, rəsm, quraşdırma, gil(təsviri fəaliyyət və bacarıqlar) “Ətraf aləmlə tanışlıq“(canlı və cansız təbiətin insan həyatında rolu), “Fiziki tərbiyə“(fiziki mədəniyyət) məşğələlərlə uşaqların qabiliyyət və istedadlarını üzə çıxarmağa çalışılır.
8 0

Şərhlər

Oxşar xəbərlər