Məktəbəqədər yaşlıların psixoloji xüsusiyyətləri
3-04-2023, 13:30
2 049

Məktəbəqədər yaşlıların psixoloji xüsusiyyətləri

Plan:
Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı
Məktəbəqədər dövrdə uşaqların sensor inkişafı
Məktəbəqədər dövrdə uşaqlarda əqli proseslərin əsas xüsusiyyətləri.
Sual 1.Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçirərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir sisteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır. Sinir sisteminin birləşdirici, əlaqə yaradıcı tellər də xeyli inkişaf edib möhkəmlənir.4-6 yaş arasında uşağın boyu surətlə artdığından ilk baxışdan belə təsəvvür yaranırki, o arıqlayıbdır, lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir, orqanizmin mütəhərrikliyi nəzərə çarpacaq dərəcədə çoxalır. Boyun belə sürətlə artımı endokrin sisteminin, xüsusilə də hipofizin funksiyasının qüvvətlənməsilə əlaqədar baş verir. Uşağın boyunun artması ilə əlaqədar onun bədənin ayrı-ayri üzvləri arasındakı mütənasiblik də dəyişir. Çağa ilə müqayisədə 7 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə bədəni isə 2 dəfə böyümüş olur.
Beş yaşlı uşağın əzələ və sümük sistemi yaxşı inkişaf etmiş olsada, onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır (sümükləşmə yeniyetmelik dövrünün sonuna qədər davam edir).
Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşaqların skeleti əsasən qığırdaq toxumalarından ibarət olur. Bununla əlaqədar uşağı həddindən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqlardan istifadə etməyə qoymaq olmaz.Əgər deyilənlər nəzərə alınmazsa uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına qan dövranı və nəfəs almağa mənfi təsir göstərəcəkdir. Qabıq ləngimələrinin zəifliyi və oyanmanın çox yayılması üzündən uşaqların diqqəti davamsız, ətraf aləmin qıcıqlandırıcılarına verdikləri cavab isə emosional xarakter daşıyır. Əqli fəaliyyət zamanı onlar çox yorulurlar.Bu yaşda olan uşaqlarda II siqnal sistemi əsasında asanlıqla şərti refleks yaratmaq olur, uşağın ürək-damar sistemində anatomik və funksional dəyişikliklər baş verir, ürəyin çəkisi və iş qabiliyyəti xeyli dərəcədə artır.
Bu yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır; başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s.
Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Qabıq proseslərinin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir.
Bir çox valideynlər bilir ki, şəxsiyyətin əsası erkən uşaqlıqda qoyulur. Məktəbəqədər yaş dövrü uşağın həm davranışında, həm də sosial inkişafında vacib bir dövrdür. Ümumiyyətlə uşağın sosial inkişafı nə deməkdir? Uşağın sosial inkişafı cəmiyyətin adət-ənənələrini, mədəniyyətini bilməsi, cəmiyyətdə özünəməxsus yer tapmasıdır. Əlavə etmək lazımdır ki, körpəlik dövründə uşaq böyüklərlə ilk ünsiyyətini qurur, onlara inanır, öz bədənini və davranışlarını idarə etməyə başlayır, nitqini qurur və sözlərlə bəzəyir. Uşağın sosial inkişafının formalaşması üçün ona və onun maraqlarına xüsusi diqqət yetirmək, vaxt ayırmaq lazımdır.

Ünsiyyət- uşağın sosial keyfiyyətlərinin formalaşması üçün başlıca rol oynayır. Əsasən, bu dövrdə valideyn ilə uşaq daha çox ünsiyyətdə olur. Uşağın sosial tərbiyəsi- sosial tərbiyə uşağın sosial inkişafının əsasını təşkil edir. Məhz, məktəbəqədər yaş dövründə uşaqlar və böyüklər arasında qarşılıqlı ünsiyyət yaranır. Erkən uşaqlıqda uşaqlar əşyalardan neçə istifadə etmək lazım olduğunu öyrənirlər. Daha sonra böyüklər onlar üçün bir obyekt olurlar ki, uşaqlar onların hərəkətlərini təkrar edir, onlar kimi davranırlar. Bəs sosial tərbiyə nədir? Sosial tərbiyə uşağın başqalarının maraqlarına diqqət ayırmaq, işləri ilə maraqlanmaq, hər bir peşəyə, insanlara hörmətlə yanaşmaq, başqalarının kədərinə heyifslənmək, sevincinə sevinmək və s. Bütün bunlar əsasdır çünki, bu dövrdə uşaqlarda həm də paxıllıq hissi formalaşır. Sosial tərbiyə həmçinin uşaqlarda günahkarlıq hissinin formalaşmasıdır. Məsələn, oğlan uşağı öz yaşıdının əlindən oyuncaq maşını kobudcasına aldığına görə narahat olmalı və etdiyi hərəkətə görə üzr istəməlidir. Və ya yaxud qız uşaqları oyuncaq gəlinciklərini zədələməməlidirlər. Onlar anlamalıdırlar ki, oyuncaqları korlamaq olmaz. Hər bir əşyanın, istər geyim olsun, istərsə də oyuncaq bütün bunların qiymətini bilməlidirlər.
Bağça yaş dövründə uşağın sensor inkişafı intensiv surətdə həyata keçir.Duyğuların müxtəlif növləri daha surətlə formalaşmağabaşlayır.Görmə duyğularının inkişafına dair aparılan psixoloji tədqiqatlarla sübut edilmişdir ki, görmənin itiliyi uşağın məşğul olduğu fəaliyyətdən və həmin fəaliyyətin düzgün təşkilindən çox asılıdır.Məs:oyun fəaliyyəti zamanı görmənin itiliyi 4-5 yaşlarda orta hesabla 17,2 % ,5-6 yaşlarında 29,9 % ,6-7 yaşlarında 30,2 % artır.Məktəbəqədər yaş dövründə uşaqlarda rəngləri fərqləndirmək bacarığı da surətlə inkişaf edir.Onlar əsasən xromatik rəngləri-qırmızı,sari ,göy və yaşıl rəngləri yaxşi fərqləndirdikləri halda ,aralıq rəngləri (bənövşəyi, abı və s.) fərqləndirməkdə çətinlik çəkirlər.Həmin dövrdə axromatik ( qara, boz) rənglər də onlar üçün tanış olur.5 yaşdan etibarən uşaqlar həm əsas ,həm də araliq rəngləri səhvsiz ayırmaq və qruplaşdırmaq bacarığınayiyələnirlər. 6 yaşlılar isə müxtəlif çalarları da fərqləndirə bilir, lakin sözlə ifadə etməkdə çətinlik çəkirlər.Kiçik məktəbəqədər yaşda tonal eşitmə və danışıq səslərini- nitqi eşitmə duyğusu yaşlıların eşitmə səviyyəsindən xeyli aşağı olur.
3-5 yaşlı uşaqlar yüksək səsli melodiyaları yada sala bilmir.Əksər hallarda monoton səslə oxuyurlar.
Məktəbəqədər yaş dövründə uşaqların hərəkət və lamisə duyğuları da surətlə inkişaf edib dəqiqləşir.Ümumiyyətlə, bu yaş dövründə lamisə ,iybilmə,dad, görmə və eşitmə duyğuları da iti kompleks halda təkmilləşir.Görmənin uzun müddət gərginliyi zamanı məs:pis işıqlandırılmış masa arxasında şəkillərə baxan vaxt uşaq yaxşı görmədiyi üçün göz büllurunun forması da dəyişmiş olur ki,bununda sayəsində görmə əzələləri həddindən çox yorulur.Belə vəziyyətin bir neçə dəfə təkrar olunması yaxından görmə -göz xəstəliyinin inkişafına gətirib çıxarır.4-7 yaşlı uşaqların əksəriyyəti iyləri fərqləndirərkən tanıdıqları konfetlərin istifadə edirlər.Məktəbəqədər yaş dövründə uşağın qavrayışı, xüsusən də məkan qavrayışı digər idrak proseslərilə üzvi vəhdətdə inkişaf edib təkmilləşir. Uşağın məkana bələdləşməsində onun gözü və əlləri mühüm rol oynayır.Uşaq məkan münasibətlərini qavrayarkən əl və ya gözlə yanaşı, sözlərdən də istifadə edir, bu da onun məkan münasibətlərini dəqiq qavramasına əlverişli imkan yaradır. İcra ediləcək iş sözlərlə ( irəlidə, yanda, ortada və s. ) ifadə olunduqda, məkan münasibətləri daha düzgün dərk olunur.
Məktəbəqədər yaşlı uşaq ilk vaxtlar əşya və cisimlərdə ən çox formanı ayırmaqla onların mühüm əlamətlərini qavramağa cəhd göstərir. Bu dövrdə obyektlərin böyüklüyünü qavrama bacarığı da inkişaf etməyə başlayır.
Psixoloqların tədqiqatları göstərir ki, 3-6 yaşlı uşaqların hamısı cismin böyüklüyünü, 5 yaşlılar isə forma müxtəlifliyini qavramağı bacarır.Uşaqlar 3 yaşdan etibarən ayrı-ayrı həndəsi fiqurları tanıyır və onları bir-birindən fərqləndirə bilirlər. Psixoloji tədqiqatlar göstərir ki, 3-4 yaşlı uşaqlar formanı əvvəl lamisə, sonra isə görmə ilə, 5-6 yaşlılar isə əvvəl görmə, sonra lamisə ilə yoxladıqda daha yaxşı fərqləndirir və dərk edirlər.
Məktəbəqədər yaş dövründə zaman qavrayışı da müəyyən qədər inkişaf etmiş olur. Psixoloji tədqiqatlar göstərir ki, gün rejimi düzgün təşkil edildikdə 3-5 yaşlı uşaqlar zaman məfhumlarını anlamaqda çətinlik çəkmirlər, zamanı müəyyən cisim və hadisə ilə əlaqələndirirlər.
Sual 3. Məktəbəqədər yaşlı uşaqlarda əqli proseslərdən biri olan diqqət və onun əsas xüsusiyyətlərinin inkişafı üçün səmərəli şərait yaranmış olur və uşağın diqqəti surətlə inkişaf edir. O, maraqlı və bələdləşmə refleksinin yaranmasına səbəb olan cisim və hadisələr üzərində daha çox mərkəzləşməyə başlayır.
Məktəbəqədər yaş dövründə diqqətin davamlılığının artması uşağın cisim və hadisələrə dərindən bələd olması, onlar haqqında müəyyən biliklər əldə etməsilə sıx bağlıdır. Bu yaş dövründə diqqətin həcmi tədricən genişlənməyə başlayır.3-4 yaşdan etibarən, söz siqnalları ilə uşağın diqqətini müəyyən obyektlərə cəlb etmək olur, bu yolla hətta diqqəti bir obyektdən digərlərinə keçirmək də mümkündür. 6-7 yaşlı uşaqların demək olar ki, hamısı lap I sifahi sözlü təlimatdan sonra diqqətlərini çox asanlıqla bir obyektdən digərinə keçirməyi bacarır.
0 0

Şərhlər

Oxşar xəbərlər