"Müəllimlərimizi Tanıyaq" - Şamama Əmirova
30-10-2023, 14:30
499

"Müəllimlərimizi Tanıyaq" - Şamama Əmirova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Şamama Əmirova haqqında danışacağıq.

Əmirova Şamama Yusif qızı 1991-ci ildə Laçın rayonu Daşlı kəndində doğulub. 
Laçın rayon 10 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə qəbul olub. 2013- cü ildə Universitetin ingilis dili müəllimliyi fakultəsini bitirdikdən sonra MİQ imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlayıb və Müəllimlərin Diaqnostik Qiymətləndirməsində 53 bal toplayıb.
Direktorlarin işə qəbul imtahamından uğurla keçərək 2020-2021- ci tədris ilindən Laçın rayon 10 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edir. 
Şamama xanın düşünürdü ki,əsl müəllim o deyil ki olanı var eləsin,əsl müəllim odur ki, olmayandan nəsə yaratsın.  
Şagirdlərin təhsili, tərbiyəli vətəndaş kimi yetişmələri üçün rəhbərlik etdiyi kollektivi ilə birlikdə addımlayaraq hər il yeni uğurlara imza atırlar. Məhz bu səylər nəticəsində şagirdləri respublika və ümumrayon səviyyəsində müxtəlif yarış və müsabiqələrin qalibi olurlar ( Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsi qalib,”Könlüm keçir Qarabağdan “müsabiqəsi 2- ci yer,YAP -ın bədii qiraət müsabiqəsi 1- ci yer , Respublika Fənn Olimpiadasında medallar) .
Şamama xanım hazırda ADA universitetinin “Təhsil üzrə menecment” ixtisasının magisrtatura pilləsində təhsil alır. Onun məqsədi öyrənmək , öyrəndikərini işində tətbiq etmək Və ən vacibi fəaliyyətini işğaldan azad olunmuş yurdunda davam etdirməkdir .
0 0

Şərhlər

Oxşar xəbərlər