"Müəllimlərimizi Tanıyaq" - Nuridə Cümşüdova
21-10-2023, 13:10
350

"Müəllimlərimizi Tanıyaq" - Nuridə Cümşüdova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nuridə Cümşüdova haqqında danışacağıq.

Cümşüdova Nuridə İttifaq qızı 26 sentyabr 1988-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anandan olmuşdur.
1994-cü ildə Niyazi Aslanov adına Tapqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuşdur, 2005- çi ildə həmin məktəbi bitirərək, AMDU-nin İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsinin ibtidai sinif müəllimi ixtisasi üzrə bakalavr pilləsində təhsil almışdır.
2012-ci ildən pedaqoji iş fəaliyyətinə başlamışdır. 11 illik pedaqoji iş təcrübəsi vardir.
Hal-hazirda Milli Qəhrəman Niyazi Aslanov adına Tapqaraqoyunlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin, Nivana Academu -nun təşkil etdiyi bir çox təlim, seminar və vebinarlarinda-Oxu təlimi, Yeni dərsliklərin təşkili, Məktəbəqədər hazirliq təlimi, İxtisasartırma təlimi,Peşəkar İnkişaf Mərkəzi təlimi, Success Akademiyanın təşkil etdiyi təlimlərdə iştirak edib sertifikatlara layiq görülmüşdür,eyni zamanda məktəb rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir.
Keçirilmiş müəllimlərin sertifikasiya imtahanından yüksək bal toplamışdır.
Komputer bilikləri mükəmməldi, ikinci iş kimi kompüter kursu var və orada müəllim kimi proqramları tələbələrə mənimsədir.
Əlavə hobbisi şer söyləmək və bir çox şer müsabiqələrində birinci yere layiq görülüb sertifikatlar almışdır.
Nuridə müəllimə şagirdlərini təmənnasız sevən, daima özü üzərində çalışan, yeniliklərə açıq olan muəllimdir.
0 0

Şərhlər

Oxşar xəbərlər