"Müəllimlərimizi Tanıyaq" - Əzəmət Əsədova
21-10-2023, 12:53
587

"Müəllimlərimizi Tanıyaq" - Əzəmət Əsədova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Əzəmət Əsədova haqqında danışacağıq.

Əsədova Əzəmət Heydər qızı 15.04.1990-cı il Neftçala rayonunda anadan olmuşdur.
2005-2009-cu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Texnologiya müəllimliyi" ixtisası üzrə təhsil almışdır.
2022-ci il Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin işə Qəbulu müsabiqəsində yüksək nəticə əldə edərək, Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyinde texnologiya müəllimi olaraq pedoqoji fəaliyyətə davam etmişdir.
Fealiyyet göstərdiyi təhsil müəssisəsində yeni metodlarla dersleri tedris edərək şagirdlərin dərsə marağının artmasina ciddi səy göstərmişdir.
Texnologiya fennini sevdirməklə yanaşı gənc nəslin savadli vətənpərvər ruhda yetişməsi üçün əlindən gələni etmişdir.
Şehidlərimizin xatirəsini əziz tutaraq "Can Ey Şehid"adlı kompozisiyasini ərsəyə gətirmişdir. Müəllimlik fəaliyyəti dövründə bir neçə təlimlərə seminarlara qatılaraq sertifikatlar əldə etmişdir.
Tehsil Forumu Sosial Platformasi tərəfindən Tehsil sahəsində nümunəvi və peşəkar fəaliyyəti nəzərə alınaraq "İlin Gənc Müəllimi" fəxri diplomuna layiq görülmüşdür.
3 0

Şərhlər

Oxşar xəbərlər