"Müəllimlərimizi Tanıyaq" - Xəyalə Eyvazova
20-10-2023, 12:41
396

"Müəllimlərimizi Tanıyaq" - Xəyalə Eyvazova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Xəyalə Eyvazova haqqında danışacağıq.

Eyvazova Xəyalə Əli qızı 22 noyabr 1985-ci ildə Ağdam şəhərində müəllim ailəsində anadan olmuşdur. 
2003-2007-ci illərdə ADPU-nin ibtidai təhsilin pedaqogika və metodikası fakultəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.
2007-ci ildə BSU nin filologiya fakultəsinə daxil olmuşdur. 
2009-cu ildən Qaradağ rayonu 222 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 
2015-ci ildə Miq imtahanında yüksək bal yığıb Qaradağ rayon E.HƏSƏNOV ADINA 139 saylı tam orta məktəbdə müəllim işləmişdir.
 O gündən etibarən ibtidai sinif müəllimi kimi həmin məktəbdə fəaliyyət göstərir. 
İşlədiyi müddətdə bir çox layihə və vebinarlarda, təlimlərdə işləmiş, nailiyyətlər əldə etmişdir.
Məktəbin ictimai işlərində çox fəaldır. Tədbirlər təşkil edib, məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmana layiq görülmüşdür." 5 oktyabr Müəllimlər Gününə həsr olunmuş Gənc nəslin təlim -
tərbiyəsində və təhsilində fəallığına" görə də
hədiyyə və fəxri fərman əldə etmişdir.  
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün keçirilən sertifikasiya imtahanından yüksək bal toplamışdır. 
Hazırda Gənc Müəllimlər Asosasiyasının fəal üzvlərindən biridir. Şagirdləri tərəfindən çox sevilən müəllimdir. Qiraəti çox sevir, hobbi olaraq qısa məqalələr yazmağı sevir.
4 0

Şərhlər

Oxşar xəbərlər