"Müəllimlərimizi Tanıyaq" - Xəyalə Ramazanova
26-12-2021, 08:42
652

"Müəllimlərimizi Tanıyaq" - Xəyalə Ramazanova

"Müəllimlərimizi Tanıdaq" rubrikamızda bu dəfə Xəyalə Ramazanova  haqqında danışacağıq


Ramazanova Xəyalə Sərdar qızı 15.01.1988-ci il Cəlilabad rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1995-ci ildə Cəlilabad rayon Uzuntəpə kənd E.Yusubov adına 1 saylı məktəbdə birinci sinfə getmişdir. Birinci sinfə gedərkən yazıb, oxumağı artıq bacarırdı. 

Orta məktəbdə bütün dərslərə maraq göstərir və səylə çalışaraq məktəbin öncül şagirdləri sırasında yer alırdı. Bu səbəbdən 9,10,11 siniflərdə ilin ən yaxşı şagirdi fəxri fərmanı ilə təltif olunmuşdur. 

Liderlik xüsusiyyəti və bacarıqlıq keyfiyyəti sayəsində 1-ci sinifdən 11-ci sinfə kimi sinif nümayəndəsi olmuşdur. 10 və 11-ci siniflərdə biologiyadan fənnindən rayon birincisi olmuşdur. Respublika turuna iştirak hüququ qazansada, müəyyən səbəblərdən iştirakı alınmamışdır. 

2007-ci ildə Lənkəran Dövlət Unversitetinin Təbiyyat fakultəsinin biologiya ixtisasına yüksək balla qəbul olmuşdur. Təhsili qiyabi aldığı üçün 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Cəlilabad filialında laborant kimi çalışmağa başlamışdır. 2009-cu ildə elə həmin insitutda biblioqraf vəzifəsində çalışmışdır. 2012-ci ildə unversiteti bitirmişdir.


2013-cü ildə ilk MİQ imtahanları keçirilməyə başlamışdır.İmtahanlara 10 gün qalmış Xəyalə müəllimə qərara alırki hazırlaşım və özümü sınayım. Bu sınaq çox uğurlu olur. Müvafiq balı toplayaraq Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2saylı orta məktəbdə biologiya müəllimi kimi çalışmağa başlayır.

Artıq 9 ilə yaxındır həmin məktəbdə çalışır. Müəllimlik fəliyyətinə başladığı zamandan qız uşaqlarının təhsilinə xüsusi diqqət ayırmış, onların ali təhsilə yiyələnməsinə təmannasız köməklik göstərmişdir. 

Uşaqlarla xoş rəftar və qayğısına görə,onlar tərəfindən könüllü sinif rəhbəri seçilmiş və işlədiyi müddətdə 2(iki) məzun sinfi olmuşdur.

Şagirdləri yüksək nəticə göstərərək Respubilikanın müxtəlif ali təhsil müəssələrində təhsil alırlar. İlk diaqnostik imtahan keçiriləndə Xəyalə müəllimə analıq məzuniyyətində olduğu halda, yenə də imtahanda iştirak etməsi könüllü olur və yüksək nəticə göstərir. İşlədiyi illər ərzində təhsil nazirliyinin keçirdiyi təlimdə iştirak edib və yüksək balla sertfikatlar əldə etmişdir.

2021-ci ildə v qrant layihəyə layihə təqdim etmişdir. Layihəsi layihə kimi deyil elmi iş üzrə istiqamətləndirilmişdir. Layihəsində yer alan istiqamət dünyada nadir və faydalı bitki kimi tanınan brokolinin yetişdirilməsi yer alırdı. Elə Xəyalə müəllimə layihə ilə bərabər artıq brokolinin organik şəkildə yetişdirib əldə etmişdir. Bu səbəbdən ölkədə brokoli bitkisinin müəlliflik hüququnu almışdır.

İki elmi məqaləsi Aqra.az saytı vasitəsilə dünyada yayımlanmışdır. Bir elmi məqaləsi Azərbaycanın Elm Mərkəzi tərəfindən beynəlxalq elmi jurnalda yayımlanmışdır. Brokoli yetişdiriciliyi haqqında məqaləsi moderator.az, marja.az, Turaz.az saytında yayımlanmışdır. Yaxınlarda brokoli haqqında kitabı işıq üzü görəcəkdir.

2021-ci ildə digər uğurlarıda vardır. Pandemiya dövründə Türkiyə Tədavi Akademiyasında Tibbi və Aromatik bitki yetişdiriciliyi eğitimini başarıyla tamamlayıb sertfikatını əldə etmişdir.


Türkiyədə düzənlənən Türkiyə bioloqlar dərnəyinin qatqısıyla Türkiyə bilojik bilimlər ağı tərfindən dərslərə dəvət almış və mikribioloji və embrioloji dərslərinin sınaqlarından yüksək bal əldə edərək seçilən 73 iştirkaçıdan biridir. Yaxın zamanlarda başarı sertfikatını alacaqdır.

Xəyalə müəllimə digər bitkilər haqqında araşdırmalarını davam elətdirir. Yeni elmi məqalələr üzərində çalışır.

0 0

Şərhlər

Oxşar xəbərlər