"Müəllimlərimizi Tanıyaq" - Aynurə Hümmətli
20-10-2023, 12:30
410

"Müəllimlərimizi Tanıyaq" - Aynurə Hümmətli


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aynurə Hümmətli haqqında danışacağıq :

Hümmətli Aynurə İsmayıl qızı 1984-cü il Cəlilabad rayon Göytəpə şəhərində müəllim ailəsində anadan olmuşdur. 
Orta təhsilini 1992-2001-ci illərdə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə almışdır. 2001-2005-ci illərdə Lənkəran Dövlət Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 
2006-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetdə Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə Magistr dərəcəsi almışdır. 
2005-ci ildən bu günə qədər Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 
Artıq 18 ildirki pedaqoji fəaliyyətlə məşğuldur. 2010-2013- ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında Pedaqogika müəllimi kimi fəaliyyət göstərib. 
2022-ci ildə "Müəllim ömrü" kitabında, "Mən birinciyəm" qəzetində müəllimənin pedaqoji fəaliyyəti ilə bağlı məqalələr dərc olunub. 
Təhsil Nazirliyi tərəfindən müəllimlərin inkişafına yönəlmiş bir çox təlimlərdə fəal iştirak edib, sertifikatlar almışdır. 
İKT, İnklüziv tədrislə bağlı, Virtual məktəb, Kurikulum, Məktəbə qədər təlimlərdə, Türkiyənin Sodimer şirkətinin təlimlərində, Etwinning beynəlxalq layihəsində fəal iştirak etmişdir. Etwinning layihəsində Milli Keyfiyyət Nişanı almışdır. Diaqnostik qiymətləndirmədən və sertifikatlaşdırma imtahanından uğurla keçmişdir.
3 0

Şərhlər

Oxşar xəbərlər