"Müəllimlərimizi Tanıyaq" - Aytac Məmmədova
20-10-2023, 12:32
332

"Müəllimlərimizi Tanıyaq" - Aytac Məmmədova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aytac Məmmədova haqqında danışacağıq.

 Aytac Məmmədova Məmmədova Aytac Habil qızı 23.03.1998-ci ildə Baki şəhərində anadan olmuşdur. 2005-ci ildə Baki şəhəri Xətai rayonu S.Həsənov adına 63 nömrəli tam orta məktəbin 1-ci sinifinə getmişdir. Dərsdə fəallığı və "Şərəf lövhəsi"ndə şəkilinin olması ilə müəllimlərinin yadında qalmışdır. 2016-cı ildə məktəbi bitirib elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsildə sosial-psixoloji xidmət" ixtisasına qəbul olmuşdur.Universitet illərində müxtəlif mövzularda seminarlar keçirmişdir və rəhbərlik tərəfindən təşəkkürnamələr ilə təltif olunmuşdur. Universitet illərini kəsrsiz, zərbəçi, əlaçı və dövlət təqaüdü ilə oxumuşdur. 2020-ci ildə universiteti bitirmişdir. 22.04.2022-ci il tarixindən isə Suraxanı rayonu Hövsan qəsəbəsi E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsində işləyir.
2 1

Şərhlər

Oxşar xəbərlər