"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Məmmədova
19-10-2023, 13:11
375

"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Məmmədova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Vüsalə Məmmədova haqqında danışacağıq.

Məmmədova Vüsalə Qurban qızı 1990-ci il Mingəçevir şəhərində anadan olub.
1997-ci ildə Mingəçevir şəhər V.Agakisiyev adına 12 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2008-ci ildə həmin məktəbin məzunu olmuşdur. Həmin ildə Mingəçevir Turizm kollecinin ingilis dili müəllimi fakültəsinə qəbul olub.
Təhsilini başa vurduqdan sonra həm kursda həm də fərdi repetitorluq ilə məşğul olub.
Windows, word, excel və power point proqramlarini mükəmməl şəkildə bildiyi üçün şirkətlərin birində mühasib işləyib.
2022-ci ildə Miqdə iştirak edərək Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb.
2023-cü ildə Uniser education tərəfindən keçirilən dünyada innovativ öyrənmə və öyrətmə formunda iştirak edərək İsrail, Amerika ve Britaniyadan ölkəmizə gələn müəllimlər tərəfindən sertifikat ilə təltif edilmişdir.
Bundan başqa məktəbdə fəal müəllimlərdən biri olduğu üçün məktəbin direktoru Memmedov Rəşad tərəfindən sertifikat ilə təltif edilib. Məktəbdə dərsi kurikulum sistemi ilə keçməyə üstünlük verir.
1 0

Şərhlər

Oxşar xəbərlər