"Müəllimlərimizi Tanıyaq" - Əliyva Eluzə
18-01-2023, 12:22
428

"Müəllimlərimizi Tanıyaq" - Əliyva Eluzə

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfəƏliyva Eluzə haqqında danışacağıq :

Əliyeva Elduzə İdris qızı 1974-cü ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində anadan olmuşdur. 

İlk təhsilini 1981-ci ildə həmin kəndin orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1991-ci ildə tam orta təhsilini əla qiymətlərlə, müvəffəqiyyətlə başa çatdırmışdır. 

Çox çətin bir dönəmdə, Azərbaycanın 20% torpaqlarının ermənilər tərəfindən işğal olunduğu və yenicə müstəqillik qazanmış bir ölkənin dirçəlib çiçəklənməyə başladığı o dönəmdə təbii ki təhsil almaq çox çətin idi, həm də təhsil sistemində də əsaslı dəyişikliklər olan, Azərbaycan Əlifbasının Latın qrafikasına keçən bir dövründə xalqımız necə çətinliklərdən keçdiyini yalnız bunu o dövrdə yaşananların şahidi olanlar bilər.  

Müəllimə 1991-ci ildə Lənkəran Pedaqoji texnikumunun İbtidai sinif müəllimi fakultəsinə daxil olmuş, 1993cü ildə orta ixtisas təhsili fərqlənmə ilə bitirmişdir. Elə həmin ildən indiyədək Lənkəran rayonu N.Axundov adına 1saylı tam orta məktəbdə sinif müəllimi işləyir. 

Çalışdığı 29 il ərzində bir çox uğurlara imza atmışdır. Ən böyük uğuru şagirdlərinə keçdiyi təlim-tərbiyə nəticəsiz qalmamış, tədris keçdiyi siniflər daim fərqlənəcək birincilik qazanmışdır, 1şadirdi C.Nübar Qızıl medalla təltif olunmuş, bir neçə şagirdi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, iki şagirdi hərbi aviasiyada çalışır, digər şagirdləri respublikanın müxtəlif yerlərində yüksək vəzifələrdə çalışırlar. 

Şagirdlərinin müəlliməsinə ən böyük hədiyyəsi özlərində müəlliməsini əks etdirmələri olduğunu söyləməsi olmuşdur. 

Respublikada keçirilən müəllimlərin Diaqnostik qiymətləndirilməsində müəllimə 52 bal toplayaraq məktəb üzrə 2-ci yerin sahibidir.
0 0

Şərhlər

Oxşar xəbərlər