"Müəllimlərimizi Tanıyaq" - Səliqə İsmayılova
8-01-2023, 09:44
787

"Müəllimlərimizi Tanıyaq" - Səliqə İsmayılova

" Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səliqə İsmayılova haqqında danışacağıq :

İsmayılova Səliqə Oruc qızı 1963-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur.

Müəllim ailəsində böyüyən qız Xasa 8 illik məktəbini 1978-ci ildə əla qiymətlərlə bitirərək Ağdaş pedaqoji texnikumuna daxil olmuşdur.

1982-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə bitirərək Zərdabın Sileyli kənd ibtidai məktəbinə müəllim təyin olunur.

1 il işlədikdən sonra (1983-cü ildə) (o dövrdə Lenin adına adlanan ( indiki Nəsrəddin Tusi adına ) Pedaqoji İnstitutun filologiya fakultəsinə qəbul olunmuşdur.

Sileyli məktəbində 3 illik təyinat müddətini başa vurmuş, qiyabi yolla, işləyə-işləyə Xasa kənd 8 illik məktəbinə ( 1985-1986-cı tədris ilində) dil-ədəbiyyat müəllimi təyin olunmuşdur.

1988-ci ildə Təhsil İdarəsi tərəfindən keçirilən attestasiyadan uğurla keçərək təşəkkürnamə almışdır.

1990-cı ilədək kənd məktəbində işləyən müəllimə öz təhsil aldığı məktəbdə böyük hörmət qazanmış, şagirdlərin sevgisinə nail olmuşdur.

1991-ci ilin sentyabrında ailə vəziyyətilə bağlı Zərdaba köçmüş, Həsən bəy Zərdabi adına 1 saylı məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmişdir.

1996-cı ildə ibtidai siniflər üzrə tədris işləri üzrə direktor müavini seçilmiş, 2015-ci ilədək məktəbdə dil-ədəbiyyat fənnini tədris etməklə yanaşı bu vəzifədə fəaliyyət göstərmişdir.

İşlədiyi müddətdə heç bir töhmət,xəbərdarlıq almamış, işinin öhdəsindən layiqincə gəlmişdir.

2015-ci ildən bu günədək məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı işləyir.

Məktəbdəki bütün tərtibat işləri : ,,Medallı məzunlar", ,,Şəhidlər" , ,,Şuşa ili" ,Məktəbin fəxri məzunları" , ,,Qürur guşəsi" , ,,Qabaqcıl müəllimlər", ,,Narkomaniyaya, erkən nigaha ,,yox'' deyək" və s. kimi guşələr onun əməyinin məhsuludur.

Məktəbdə müxtəlif tədbirləri təşkilatçılığı da onun adı ilə bağlıdır. ,,Şuşa ili" ilə bağlı təşkil etdiyi tədbir isə ,xüsusilə öz möhtəşəmliyi ilə hamının diqqətini cəlb etdi.

Müəllimə 2016-cı ildə İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülmüş, sosial şəbəkədə ,,Təhsil Forumu" nun ,,Fəal pedaqoq", ,,Bələdçi müəllim"və s. kimi fəxri diplomlara layiq görülmüşdür.

Fənninə aid təlimlərdə fəl iştirak etmiş və hər birindən 1- ci dərəcəli Sertifikat almışdır. İctimaiyyat arasında böyük nüfuza malik müəllimə yüzlərlə şagirdin hazırlanıb həyata vəsiqə qazanmasında xüsusi rol oynamışdır.

İndiyədək 2 kitabın müəllifidir:
Körpükənd şəhidi Turan Muradova həsr olunmuş ,,Yaddaşlara yazılan ömür" kitabı və
,,Doğma dilimizin zənginliyindən süzülüb gələn sözlər'' kitabı.
0 0

Şərhlər

Oxşar xəbərlər