"Müəllimlərimizi Tanıyaq" - Məmmədova Aliyə
4-01-2023, 20:33
715

"Müəllimlərimizi Tanıyaq" - Məmmədova Aliyə

" Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Məmmədova Aliyə haqqında danışacağıq :

Məmmədova Aliyə Taha qızı 20 may 1975-ci ildə Zərdab rayon Yarməmmədbağı kəndində anadan olmuşdur.

1992-ci ildə İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbini bitirmişdir.

Həmin il Ağdaş Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olunmuşdur.

Kolleci bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayıb.5 il pedaqoji fəaliyyətdən sonra müəyyən səbəblərdən bir neçə il fəaliyyətinə ara vermişdir.

2019-cu ildə MİQ imtahanında iştirak etmişdir. İmtahandan 49 bal toplamış, müsahibə mərhələsindən də uğurla keçərək Zərdab rayon İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinə İbtidai sinif müəllimi olaraq,müddətsiz müqavilə əsasında işə qəbul olmuşdur.

Eyni zamanda 2019-cu il "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı"layihəsinin seçimlərində iştirak etmiş və Zərdab rayonu üzrə seçilən altı tərbiyəçi müəllimdən biri olmuşdur.

Bir il ərzində tərbiyəçi müəllim kimi də fəaliyyət göstərmiş, layihə ilə əlaqədar olaraq məktəbəqədər təhsilə aid təlimlərdə iştirak etmişdir.

2021-2022 tədris ilində ilk birinci sinfini qəbul etmişdir.Uşaqlar üçün təşkil etdiyi"Əlifba"bayramı məktəb rəhbərliyi tərəfindən bəyənilmişdir.

Məktəbdə"Şuşa ili"nə həsr olunmuş tədbirdə l sinif şagirdlərinin "Yaşa Azərbaycan" mahnısına hazırladığı rəqslə çıxışı rəğbət görmüş,sonra şagirdləri həmin rəqslə Zərdab rayon Mədəniyyət Evinin səhnəsində də çıxış etmişdir.

Təhsil Nazirliyinin Ümumtəhsil məktəblərində təşkil etdiyi "Yay məktəbi"ndə səmərəli fəaliyyətinə görə 
30 iyun 2021-ci il tarixli 53 saylı əmrinə əsasən "Fəxri Fərmanla" təltif olunmuşdur.

Fəaliyyətə başladığı ilk gündən şagirdlərində daxili və xarici mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri, vətənpərvərliyi aşılamağa çalışır.
0 0

Şərhlər

Oxşar xəbərlər