"Müəllimlərimizi Tanıyaq" - Xeyale Tural
31-12-2022, 16:02
565

"Müəllimlərimizi Tanıyaq" - Xeyale Tural


Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə - Xeyale Tural haqqında danışacağıq .

Həmzəliyeva Xəyalə Maarif qızı 1987- ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1993-2004-cü illərdə Sumqayıt şəhər Vaqif İbrahim adına "Şərq "liseyində təhsil almışdır. 

2005- 2009-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr təhsili, 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində " Azərbaycan dili və ədəbiyyatının yeni üsullarla tədrisi metodikası və metodologiyası" ixtisası üzrə təhsil almışdır. 

2009-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində laborant vəzifəsində çalışmışdır. 

2014-2015-ci illərdə Sumqayıt şəhər 40 nömrəli tam orta məktəbdə, 2017-2018-ci illərdə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi müddətli müqavilə ilə çalışmışdır.  

2015-ci ildən Sumqayıt şəhər "Hədəf" kurslarında A kateqoroyasi üzrə aparıcı repetitor vəzifəsində çalışır. 

2019-cu ildən Sumqayıt şəhərində "Mentor" Təhsilə Dəstək Mərkəzindən müəllimlərin işə qəbulu üzrə repetitor kimi çalışır. 

2021-ci ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu üzrə imtahanda iştirak edərək 54 balla Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi müddətsiz müqavilə ilə çalışır.
0 0

Şərhlər

Oxşar xəbərlər