"Müəllimlərimizi Tanıyaq"- Təranə Möhsünova
20-12-2021, 15:16
1 233

"Müəllimlərimizi Tanıyaq"- Təranə Möhsünova

"Müəllimlərimizi Tanıyaq" adı altında bu dəfə Təranə Möhsünova  haqqında söhbət edəcəyik .

Təranə Möhsünova Eyublu1990-cı il Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur.

TƏHSİLİ VƏ İŞİ:
ADPU
-İbtidai təhsilin pedaqogikası və metodikası,Bakalavr, 2008-2012;
- İbtidai sinifdə tədrisin metodikası və metodologiyası, Magistratura , 2012-2014;
İşlədiyi məktəblər
296 saylı tam orta məktəb
307 saylı tam orta məktəb
71 saylı tam orta məktəb
96 saylı tam orta məktəb
- TM UŞAQ İNKİŞAF MƏRKƏZİNİN QURUCUSU VƏ RƏHBƏRİ;
- Özəl öyrətmə müəllimi (disleksiya)


MÜKAFATLARI:
- Təhsil Nazirliyi, III Grant mükafatı (mövzu: Disleksiya);
- "Şəms" milli mükafatı;
-İlin Gənc müəllimi müsabiqəsi II yer (2021)
- Təhsil Nazirliyinin Fəxri Fərmanı (2021)

Avropa Disleksiya Birliyinin rəsmi təmsilçisi Türkiyə Disleksi Derneğinin 
Azərbaycandakı təmsilçisi. 

Gördüyü işlər:
Nöroplayı (autizmlər üçün oyun terapiyasını) Autizm mütəxəssisi Lucy Sanctuary'nin dəstəyi ilə Azərbaycanda tanıtmışdır və dəfələrlə müəllim və Pandemiya dövründə 4000-dən çox şagird və 2000-dən çox valideyn və müəllimlərə ödənişsiz olaraq oyun terapiyası təlimləri vermişdir. 


 Əmək v Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təlimçisi olaraq rayonlarda müxtəlif təlimlər və seminarlar vermişdir.

Könüllü olaraq öz komandası ilə ucqar kəndlərdə, rayonlarda dəfələrlə müəllimlər üçün təlimlər keçmiş və uşaqları konsultasiya etmişdir.

 Dost mərkəzinin könüllü qrupunun layihələrini həyata keçirmələri üçün TM Uşaq İnkişaf Mərkəzində layihələrə uyğun dərslər təşkil etmişdir.

Öncə Təhsil Nazirliyinin xətti ilə Grant çərçivəsində Azərbaycanda Disleksiya vəsaitinin, sonra isə öz hesabına disleksiya və öyrənmə metodlarına dair 10-larla vəsaitinin müəllifidir.

2021-ci ilin noyabr ayında Azərbaycanda ilk dəfə Disleksiya Fərqindəlik Həftəsi keçirmişdir. 
Halhazırda İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.


0 0

Şərhlər

Oxşar xəbərlər