"Müəllimlərimizi Tanıyaq" -  Səkinə Zamanova
10-02-2023, 17:15
814

"Müəllimlərimizi Tanıyaq" - Səkinə Zamanova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səkinə Zamanova  haqqında danışacağıq :

Səkinə Zamanova 1994-cü il avqustun 10-da Şəmkir rayonunda anadan olmuşdur.

2011- 2015-ci illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasi üzrə bakalavr təhsili almışdır. 

2016- 2018-ci illərdə Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili almışam və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 

Elə həmin ildə Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçərək Şəmkir rayon Yuxarı Çaykənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 

Eyni zamanda bir sıra kurslarda kurikulum təlimçisi kimi fəaliyyət göstərmişdir.  

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi zal nəzarətçisinin sertifikatlaşdırılması imtahanından uğurla keçmiş və zal nəzarətçisi sertifikatı əldə etmişdir. 

Hazırda Dövlət İmtahan Mərkəzində zal nəzarətçisi eyni zamanda marker müəllim kimi fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə planlaşdırılması və layihə təklifləri təlimlərində iştirak edərək sertifikat əldə etmişdir. 

Bundan əlavə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Steam təlimlərində iştirak edərək sertifikatla təltif olunmuş və hal-hazırda steam müəllimidir. 

Təhsil Forumu sosial platformasının və Azərbaycan Gənc Müəllimlər Assosiyasinin Şəmkir üzrə regional koordinatorudur. 

Həmçinin Eyuder Azərbaycanin Şəmkir üzrə eğitim koordinatoru və MiE Azərbaycanda koordinator olaraq fəaliyyət göstərir. 

Səkinə Zamanova həm də MİE Expertdir. Azərbaycan Gənc Müəllimlər Assosiyasinda Mentor olaraq çalışır. 

Aktiv və fəal gənc kimi Şəmkir Rayon Təhsil Sektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Çalışdığı təhsil müəssisəsində bir sıra layihələr həyata keçirməklə və interaktiv dərs metodlarını dərslərində tətbiq etməklə şagirdlərinin sevgisini qazanmışdır.  

Təhsil Forumu sosial platformasının, Azərbaycan Gənc Müəllimlər Assosiyasinin, Azərbaycan Maarifcilər Assosiasiyasının, Şəmkir Məşvərət Surasinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin fəal üzvüdür. 

Bir çox təlimlərdə, vebinarlarda iştirak edərək dəfələrlə sertifikatlara layiq görülmüşdür. 

2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Beynəlxalq Saf Steam festivalında komanda rəhbəri olaraq Robotics kateqoriyası üzrə Respublika ikinciliyi əldə edərək, gümüş medala layiq görülmüş, döyüşkən komanda nominasiyası üzrə birincilik əldə etmiş və sertifikatla təltif olunmuşdur.

Ən böyük arzusu vətənimizə, xalqımıza layiqli təhsil işçisi olmaq və təhsil sahəsində uğur qazanmaqdır.

0 0

Şərhlər

Oxşar xəbərlər