"Müəllimlərimizi Tanıyaq" - Ülviyyə Abbasova
30-12-2022, 07:44
1 149

"Müəllimlərimizi Tanıyaq" - Ülviyyə Abbasova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə - Ülviyyə Abbasova haqqında danışacağıq .

Abbasova Ülviyyə qızı 1983 cü il fevralın 15- də Göyçay rayonunda doğulmuşdur.

1990-ci il Sumqayıt şəhər Yusif Məmmədəliyev adına orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2000- ci ildə həmin məktəbi əlaçılıqla bitirmişdir.

 2000-ci ildə Azərbaycan Dövlət pedaqoji universitetinin Ümumi texniki fənlər və fizika fakültəsinə daxil olmuş, universiteti müvəffəqiyyətlə bitirmişdir.

2005-ci ildə öz istəyi ilə Kürdəmir rayon Balakəngərli kənd orta məktəbində fizika müəlliməsi işləmişdir.

2009-cu ildə Sumqayıt şəhər 1 saylı peşə liseyində müəllimə vəzifəsində çalışmışdır. 

Ceyranbatan tam orta məktəbində bir illik müqavilə ilə çalışmışdır. İKT üzrə təlimlərə qatılıb sertifikatlar almışdir.

2019-cu ildən Sumqayıt şəhər Sənaye və yüksək texnologiyalar üzrə Sumqayıt peşə təhsil mərkəzində müəllimə vəzifəsində çalışır.

2021-ci ildə İqtisadiyyat Nazirliyi nəzdində Sumqayıt peşə təhsil mərkəzində müəllimə işləyib.

2019-cu ildə Azərbaycan Dövlət pedaqoji universitetinin fizika fakültəsinin magistiraturaya qəbul olub. 2022-ci ildə bitirmişdir.

Hal hazırda təhsillə bağlı böyük planları var və o, böyük planları həyata keçirməyə çalışır.


Uğurlar arzulayırıq .
0 0

Şərhlər

Oxşar xəbərlər