Direktor müavininin “Öyrənmək çətin deyil!” layihəsi - FOTOLAR
28-12-2022, 15:00
315

Direktor müavininin “Öyrənmək çətin deyil!” layihəsi - FOTOLAR

TehsilForumu.Az - Bu gün dövlətimizin Elm və Təhsilə diqqəti danılmazdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər də ictimaiyyətin diqqət mərkəzindədir. Artıq neçə ildir ki, ümumtəhsil məktəblərində təlimin keyfiyyətini artırmaq məqsədilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi reallaşdırılır.

Bu il keçirilən VI Qrant müsabiqəsinin qaliblərindən biri də Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Soltanova Gülsənin “Öyrənmək çətin deyil!” layihəsidir. Məlumdur ki, təhsilin keyfiyyətinin başlıca göstəricilərindən biri təhsilalanların qiymətləndirilməsidir. Bu baxımdan milli qiymətləndirmənin bir hissəsi olan IX siniflər arasında hər il keçirilən buraxılış imtahanlarının nəticəsi təkcə təhsil müəssisəsinin səviyyəsini deyil, həm də ümumilikdə təhsilin səviyyəsini nümayiş etdirir.

Təəssüflə qeyd etməliyik ki, bir neçə ildir ki, IX sinfllərdə buraxılış imtahanlarının göstəriciləri arzuolunan səviyyəyə qalxa bilmir. Bunun səbəblərindən biri də IX siniflərdə şagirdlər arasında riyaziyyatın mənimsəmə səviyyəsinin aşağı olmasıdır. Bu baxımdan “Öyrənmək çətin deyil!” layihəsinin məqsədi zəif oxuyan şagirdlərin riyaziyyat üzrə buraxılış imtahanlarına hazırlığını nəzərdə tutur. Riyaziyyat elə bir fəndir ki, onu mənimsəyən şagird digər fənlərə də həvəslə yanaşır. Onunla bacarmayan şagirdin isə özgüvəni azalır və ümumiyyətlə, təhsildən uzaqlaşmaq arzusunda olur. Bu baxımdan riyaziyyatın zəif şagirdlər arasında təbliği böyük əhəmiyyətə malikdir. Layihənin başlıca hədəfi də IX siniflərdə riyaziyyatı mənimsəməkdə çətinlik çəkən şagirdlərdir. Şagird nailiyyətinə təsir edən müxtəlif amillər mövcuddur. Lakin ən böyük təsir məktəb-şagird-valideyn əməkdaşlığından irəli gəlir.Şagirdlərin yetirməməsinin səbəbləri ilk növbədə bu üç dayaqdan asılıdır. Buna görə də layihənin əsas məqsədi belə uşaqlarla işləməyi bacaran müəllim hazırlansın, şagirdlər psixoloji cəhətdən hazırlansın və valideyinlərin mənəvi dəstəyi olsun. Layihə çərçivəsində müəllimlər üçün təlimlər, paralel olaraq şagirdlərlə psixoloji iş və valideynləri yönləndirən sinif rəhbərləri üçün təlimatların aparılması nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, ETİ VI Qrant müsabiqəsinin münsiflər heyəti layihə üçün dövlət vəsaitinin ayrılmasına razılıq vermişdir. Layihə sinif rəhbərləri, müəllimlər üçün “Sinfin idarəolunması” istiqamətində təlim, zəif uşaqlarla isə sadələşdirimiş riyazi metodların öyrədilməsi üçün davamlı olaraq psixoloji işin aparılmasını nəzərdə tutmuşdur.

Qeyd etmək lazımdır ki, layihənin rəhbəri Soltanova Gülsən layihəsinin ekspert kimi Ramil Süleymanov, peşəkar təlimçi Nurlana İskəndərova, tanınmış təlimçi Zərxanım Piralıyeva və məktəbin gənc psixoloqu Aynur Məmmədovanı işə cəlb etmişdir. 2022-2023-cü tədris ilinin ilk dörd ayı üçün nəzərdə tutlan layihə Sabunçu rayonu 28 nömrəli məktəbdə öz işinə başlamış və uğurla davam edir. Bu müddət ərzində IX siniflərdə diaqnostik qiymətlədirmə aparılaraq riyaziyyat fənni üzrə zəif nəticə göstərmiş şagirdlərin sayı müəyyənləşdirilmiş, layihənin təntənəli açılış mərasimi keçirilmiş, ekspertlə müəllimlər arasında maarifləndirici görüş keçirilmiş, təlimlərə başlanmışdır. Artıq sinfin idarəolunması modulu üzrə təlimlər başa çatmış, riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuş təlimlər isə bitmək üzrədir.

Layihə çətçivəsində təlimçilər dərsləri müşahidə etmiş, keçirilən təlimlərin tədbiqi ilə yaxından maraqlanmış və tövsiyələrini vermişlər. Ümid edirik ki, layihə qarşısına qoyduğu məqsədlərə nail olacaq, qarşıda baş tutacaq imtahanlarda zəif oxuyan şagirdlərin nəticələri qənaətbəxş olacaqdır.
0 0

Şərhlər

Oxşar xəbərlər