"Müəllimlərimizi Tanıyaq"- Ruhəngiz Ağamirova
31-01-2022, 20:03
492

"Müəllimlərimizi Tanıyaq"- Ruhəngiz Ağamirova

"Müəllimlərimizi Tanıyaq" - Tanıyaq adı altında bu dəfə Ruhəngiz Ağamirova haqqında söhbət edəcəyik .

   Ağamirova Ruhəngiz Fərrux qızı 1963 -cü il 27 yanvar Tərtər rayonu Buruc kəndində anadan olub.

1970 ci ildə bu kənddə 1 ci sinfə getmiş.1980 ci ildə Buruc kənd orta məktəbini əla qiymətlərlə bitirib.

Məktəbi bitirdikdən sonra instituta sənəd verə bilməyib.

Valideynləri onu ailə həyatı qurmağı məsləhət bilib.

 Oxumaq həvəsi böyük olan bir gəncin arzusunu gözündə qoyaraq Kəlbəcər rayonuna gəlin köçürmüşlər.

Lakin, onun inistuta girmək arzusu heç vaxt yadından çıxmırdı. Özü ilə gizlin gətirdiyi kitablarını oxuyur, nə vaxtsa oxuyacağını xəyal edirdi.

Bir gün inistuta girmək istəyini həyat yoldaşına bildirdi. O da ziyalı adam olduğu üçün bu istəyə qarşı çıxmadı.

Nəhayət 3 uşaq anası olan qəhrəmanımız qəbula hazırlaşdı.Kitabları yenidən həvəslə oxuyub (1 ay ərzində hazırlaşıb,vaxt olanda) qəbula getdi.

Nəhayət, 1986 -cı ildə Azərbaycan Dövlət Pedaqoji İnistutunun ibtidai təlim pedaqogiqası və metodikası fakultəsinin qiyabi şöbəsinə qəbul olur.

Qiyabi təhsil almaqla Kəlbəcər rayon 1 saylı məktəbdə fəaliyyətə başlayır.

1993 -cü ildə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal edildiyinə görə Gəncədə məskunlaşırlar.

Çox çətinliklərlə üzləşsə də məktəbə,işinə olan həvəsi əvvəlki kimi qalırdı.

Məskunlaşdığı hərbi şəhərcikdə öz şagirdlərini tapmağı onu çox sevindirir.

       Gəncədə, yeni bir məktəbdə-Kəlbəcər rayon 4 saylı məktəbdə çalışmağa başlayır.
Bir müddətdən sonra qaçqınlar üçün şəhərcık salınır və məktəbi ora köçürürlər. Məktəblər birləşir,indi yeni 11 saylı məktəbdə işləməyə başlayır.

Nə qədər çətinlik çəksə də məktəbə, elmə, şagirdlərinə olan sevgisi azalmır. Əksinə daha əzmlə çalışır. Daim öz üzərində işləyir,uğurlar qazanır.

Təməlini qoyduğu siniflərin şagirdləri hamısı inistutlara qəbul olduqca, onun da əziyyətləri,acıları yadından çıxırdı.

İşlədiyi illər ərzində bir çox təlim və kurslarda iştirak etmişdir.

Bir sira fəxri fərman və sertifikatlarla təltif olunmuşdur.

2018-ci ildən TİPİM təşkilatında təlimçilik fəaliyyətinə başlamışdır.

İndi o, 3 ovlad, 4 nəvə sahibidir.
Əsas arzusu azad olmuş Kəlbəcərinə getməsi və orda çalışmasıdır.


0 0

Şərhlər

Oxşar xəbərlər