"Müəllimlərimizi  Tanıyaq"  -  Gülnarə  Hüseynova
6-01-2022, 19:14
1 660

"Müəllimlərimizi Tanıyaq" - Gülnarə Hüseynova

"Müəllimlərimizi Tanıyaq"  rubrikamızda bu dəfə Gülnarə Hüseynova haqqında danışacağıq. 

Hüseynova (Rəfili) Gülnarə 1992-ci il 7 yanvarda Hacıqabul şəhərində anadan olub. 1998-2009-cu illərdə Hacıqabul şəhər 1 saylı orta məktəbi fərqlənmə ilə bitirib.
Məktəbi bitirdiyi il Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və Ədəbiyyat müəllimliyi fakültəsinə qəbul olub. (2009-2013)



2013-cü il MİQ imtahanında uğur qazanaraq Xaçmaz rayonu Yalama kənd tam orta məktəbində peşə fəaliyyətinə başlamışdır. Burada çalışdığı müddətdə məktəb tədbirlərinin təşkilatçılığında böyük xidmətləri olmuş, bununla yanaşı rayon tədbirlərinin də təşkilində vasitəçi olmuşdur. 6 il işlədikdən sonra yerdəyişmə edərək pedaqoji fəaliyyətini Hacıqabul rayon Kürçülü kəndində davam etdirmişdir.

Hazırda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseydə Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyətini davam etdirir.



2019-cu ildə həmmüəllifi olduğu ilk ədəbiyyat toplusu, 2021-ci ildə isə həmmüəllifi olduğu ikinci ədəbiyyat toplusu işıq üzü görmüşdür. Fəaliyyəti müddətində onlarla şagirdin DİM imtahanında Azərbaycan dilindən yüksək nəticə toplamasına, eyni zamanda öz ardıcıllarını yetişdirməyə nail olmuşdur.

Həmsöhbətimiz Hacıqabulda yerləşən "Everest" Tədris Mərkəzinin təsisçisi olmaqla yanaşı, eyni zamanda MİQ hazırlığı və abituriyent hazırlığı ilə də məşğuldur. Yorulmursunuzmu sualına isə "işimə olan vurğunluğum, öyrətmək həvəsim məni yorulmağa qoymur".



Öyrətməkdən zövq alan müəllimimiz abituriyentlərin və müdavimlərin il sonunda "uğur qazandım" sms-i ilə motivasiya olduğunu vurğulayır.
Hədəfə gedən yolda həmkarlarına və abituriyentlərinə kömək etmək məqsədilə youtube platgormasında da mütəmadi olaraq çətin mövzuların izahını yerləşdirməyə çalışır.
0 0

Şərhlər

Oxşar xəbərlər