"Müəllimlərimizi  Tanıyaq" -  Sevinc  Quliyeva
4-01-2022, 10:56
611

"Müəllimlərimizi Tanıyaq" - Sevinc Quliyeva

"Müəllimlərimizi  Tanıyaq"  rubrikamızda  bu dəfə  Sevinc  Quliyeva  haqqında danışacağıq.

Quliyeva (Məmmədova) Sevinc Sahib qızı 1984-cü il 5 sentyabrda Yevlax şəhərində anadan olub.
1990-2001-ci illərdə Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə təhsil almışdır.



Məktəbi bitirdiyi il yüksək balla Sumqayıt dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinə qəbul olub.
2006-cı ildən Yevlax şəhər Q.Məhərrəmov adına 4 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb.



14 il həmin məktəbdə pedoqoji fəaliyyətə məşğul olub, rayon üzrə açıq dərslər təşkil edib edib.
Hətta rayonlararası Əməkdaşlıq Açıq Dərslərində nümunəvi dərs göstərmişdir.



Təhsil sahəsində qazandığı uğurlara görə 1 dəfə Yevlax rayon İcra Hakimiyyətinin başçısı tərəfindən,
2 dəfə Yevlax rayon Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.
İxtisasına uyğun təlimlərdə iştirak etmiş, sertifikatlar almışdır.



Təhsil Nazirliyinin təşkil etdiyi DQ-də iştirak etmiş, 50 bal toplamışdır. 2020-ci ilin sentyabr ayından Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbdə Təlim-Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.



Təhsil nazirliyinin təşkil etdiyi DİQ imtahanında iştirak etmiş, müsahibə mərhələsinə hazırlaşır. İxtisasının vurğunu olan Sevinc müəllim "İxtisasını öyrətməzdən əvvəl sevdirmək lazımdı" deyir.

"Promethean" interaktiv lövhələrdən istifadə üzrə təlim kursunda iştirak etmişdir


0 0

Şərhlər

Oxşar xəbərlər