"Müəllimlərimizi Tanıyaq"  - Natəvan  Nəcəfova
22-12-2021, 20:04
1 048

"Müəllimlərimizi Tanıyaq" - Natəvan Nəcəfova

"Müəllimlərimizi Tanıdaq" rubrikamızda bu dəfə Natəvan Nəcəfova haqqında danışacağıq


Nəcəfova Natəvan Azər qızı 1990-cı ildə Şirvan şəhərində anadan olmuşdur. 2007-ci ildə BDU -nun mexanika riyaziyyat fakultəsinin riyaziyyat ixtisasına qəbul olmuşdur.
2016-cı ildə Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib  Sabirabad rayon Rüstəmli kənd Tam orta məktəbində Riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 



2018-ci ildə yerdəyişmə edərək Şirvan şəhər E.B.imanov adına 10 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirmişdir. Elə həmin il müddətli müqavilə ilə paralel olaraq  Şirvan şəhər Kimya-biologiya təmayüllü Publik Hüquqi Şəxsdə də işləməyə başlamışdır.
2020-ci ilin yay aylarında STEAM layihəsi üzrə təlimlərə qoşulmuş və həmin təlimi uğurla başa vurub eyni zamanda STEAM müəllimi olaraq da fəaliyyətə başlamışdır. 



1 İyun 2021-ci ildə STEAM layihəsi tətbiq olunan məktəblər arasında  keçirilən  "Makerthon 2021" yarışmasında 3-cü yeri tutmuşdur.
2021-ci il sentyabrda STEAM Azərbaycan layihəsinin ORT İsrail məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində "Dəqiq Texnologiyalar/Kənd Təsərrüfatı" modulu üzrə keçirilən təlimdə iştirak etmişdir. 



2021-ci il sentyabrda "Rəqəmsal bacarıqlar" təlimində də iştirak etmiş və hal hazırda riyaziyyat və steam dərsi ilə yanaşı 5; 7-ci siniflərə rəqəmsal bacarıqları da tədris edir.
0 0

Şərhlər

Oxşar xəbərlər