Hörmətli müəllimlər !
16-04-2024, 13:00
300

Hörmətli müəllimlər !


May ayından Təhsil TV-də təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanacaq. Proqramda fənlər üzrə müxtəlif mövzulara dair izahlar təqdim ediləcək. 

Sizi maraqlandıran mövzuları şərhlərdə qeyd edin, izahını isə ekspertlərimizdən dinləyin. ☑️

Qeyd edək ki, bu il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə aşağıdakı fənn müəllimləri cəlb olunacaqlar:  
🔹 Azərbaycan dili (dövlət dili kimi);
🔹 riyaziyyat;
🔹 fransız dili;
🔹 alman dili;
🔹 ingilis dili;
🔹 rus dili və ədəbiyyatı;
🔹 rus dili (xarici dil kimi).

Proqramda sadalanan fənlər, eləcə də metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunacaq.

➡️ Sorğuya keçid
1 0

Şərhlər

Oxşar xəbərlər