"Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı” üçün hazırlanan metodik vəsaitin təqdimatı keçirilib.
16-04-2024, 17:30
288

"Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı” üçün hazırlanan metodik vəsaitin təqdimatı keçirilib.

15 aprel 2024-cü il tarixində Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün metodik vəsaitin təqdimatı keçirilib.

Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə proqram haqqında məlumat verib. DİM sədri bildirib ki, imtahan vətəndaşların Azərbaycan dilini hansı səviyyədə bilməsini müəyyənləşdirməyə imkan verəcək. Hazırda elmi pedaqoji heyət arasında aparılan müzakirələrdən sonra imtahan keçiriləcək.

Ətraflı: https://dim.gov.az/news/13087/
0 1

Şərhlər

Oxşar xəbərlər