İnformatika fənni üzrə yerli və beynəlxalq olimpiadaların qalibi Fidan Hüseynova ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub
15-03-2024, 16:19
234

İnformatika fənni üzrə yerli və beynəlxalq olimpiadaların qalibi Fidan Hüseynova ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub

TehsilForumu.Az xəbər verir ki, Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Qeyd edək ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

Fidanı təbrik edir, təhsilində uğurlar diləyirik
0 0

Şərhlər

Oxşar xəbərlər