“Ali təhsillə yanaşı,  bu ildən peşə təhsil müəssisələrində də akkreditasiya keçirilməsi planlaşdırılır”.
15-03-2024, 07:30
226

“Ali təhsillə yanaşı, bu ildən peşə təhsil müəssisələrində də akkreditasiya keçirilməsi planlaşdırılır”.

Bunu TKTA-nın Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “Təhsil masası” proqramında deyib. 
 
 
TehsilForumu.Az - O bildirib ki, hazırda peşə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı proses yekunlaşır. 
 
 
“Qəbul olunduğu təqdirdə, biz bu il planlaşdırdığımız kimi 5 peşə təhsil müəssisəsində akkreditasiya keçirə biləcəyik"-deyə İ.Hümbətov vurğulayıb.
 
Direktor daha sonra deyib: “Gələcəkdə çalışacağıq ki, bütün təhsil sektorunu dəstəkləyək. Müəyyən tələb və öhdəliklərdən biri təhsil müəssisələrində keçirilən akkreditasiyadan sonra hesabatların təhlil edilməsi, müəyyən mövzular üzrə hesabatların təqdim olunmasıdır. Akkreditasiyanın nəticəsi odur ki, universitetlər davamlı təkmilləşdirmə prosesini nümayiş etdirməlidir. Universitetlərin strateji inkişaf planı vardır və ona uyğunluq bizim yoxlamaların çox əhəmiyyətli bir hissəsidir".
0 0

Şərhlər

Oxşar xəbərlər