Goranboyda "Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib
22-03-2023, 14:22
269

Goranboyda "Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib

TehsilForumu.Az xəbər verir ki , 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Goranboy rayonunda ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib. 

Aksiyada Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Goranboy rayonu üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, sektor əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, Vətən müharibəsi iştirakçıları iştirak ediblər. 

Ağacəkmə aksiyasında 100 nəfər təhsil işçisi tərəfindən 100 ədəd ağac əkilib. 

Öncə tədbir iştirakçıları ümummilli Lider Heydər Əliyevin Goranboy rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Daha sonra Goranboy Olimpiya İdman Kompleksində ümumilli lider Heydər Əliyevin Goranboy rayonuna  etdiyi səfərlə bağlı stendlərlə və şagirdlər tərəfindən hazırlanmış əl işlərinə baxış keçirilib, ümumilli liderin fəaliyyətindən bəhs olunan videoçarx izlənilib. Daha sonra görkəmli şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs edilib.

0 0

Şərhlər

Oxşar xəbərlər