Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ATiAHİ-nın dəstəyi ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.
26-03-2023, 06:50
261

Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ATiAHİ-nın dəstəyi ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.

TehsilForumu.Azxəbər verir ki , 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ATiAHİ-nın dəstəyi ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib. 

Aksiyada , Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, sektor müdirləri, sektor əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. 
Ağacəkmə aksiyasında 500 nəfər təhsil işçisi tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, eləcə də məktəblərin həyətyanı sahələrində müxtəlif növ 500 ədəd ağac əkilib. 
“Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

0 0

Şərhlər

Oxşar xəbərlər