Göygöl rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib
5-10-2022, 20:12
240

Göygöl rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib

TehsilForumu.Az - Göygöl rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin Göygöl rayon üzrə sektorun əməkdaşları və rayon ümumtəhsil məktəb müəllimləri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimizin sədaları altında açıq elan edilib. Tədbirdə çıxış edənlər 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara xoş arzularını çatdırıblar. 

Sonra təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən qocaman müəllimlərə və keçən tədris ilində səmərəli fəaliyyət göstərərək yüksək nəticələr əldə etmiş bir qrup müəllimə Göygöl Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər