"Ümumtəhsil məktəblərində monitorinqlərin aparılmasına ciddi ehtiyac var"-Deputat
5-01-2023, 16:45
371

"Ümumtəhsil məktəblərində monitorinqlərin aparılmasına ciddi ehtiyac var"-Deputat

"Son zamanlar dünyanın bir çox ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri də bullinq - təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Dünyanın əksər ölkələrində şagirdlər belə xoşagəlməz hadisələrlə üzləşir və bu zamanla onların psixologiyasında dərin izlər buraxır, onlarda özünəinamı zədələyir. Odur ki, harada baş verməsindən asılı olmayaraq hər bir bullinq hadisəsi ciddi araşdırılmalı, zamanında zəruri tədbirlər həyata keçirilməlidir"


TehsilForumu.Az AzEdu.az istinadən xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov deyib.

 

Deputat xaricdə baş verən bullinq hadisələrinin statistikaların narahatlıq doğurduğunu bildirib:

 

"Bullinq hadisələri ilə bağlı dünya ölkələrində müxtəlif narahatlıq doğurucu statistikalar var. ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. 

 Rusiyalı tədqiqatçılar 2010-cu ildə müəyyən ediblər ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12% təşkil edir.

Norveçdə oğlanların 11, qızların isə 2,5 faizi bullinqlər kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Müharibədən əvvəl Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i, 10 uşaqdan 8-i billinqlə rastlaşırlar.

Yuxarıda qeyd olunan statistika ayrı-ayrı ölkələrdə vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu, bu istiqamətdə davamlı monitorinqlərin aparılmasının vacibliyin göstərir".Onun sözlərinə görə,ümumtəhsil məktəblərində monitorinqlərin aparılmasına, hər bir faktın diqqətlə araşdırlmasına ciddi ehtiyac var:


"Heç şübhəsiz ki, Azərbaycan məktəblərində də belə halların zaman-zaman baş verməsi istisna olunmur. Odur ki, bu istiqamətdə davamlı olaraq ümumtəhsil məktəblərində monitorinqlərin aparılmasına, hər bir faktın diqqətlə araşdırlmasına ciddi ehtiyac var.

Bullinqə məruz qalan şəxs illər keçsə də zamanında yaşadığı hadisəni əksər hallarda unutmur və onun psixologiyasına ciddi təsir göstərir. Zamanında qəbul edilmiş qərarlar və həyata keçirilmiş tədbirlər neçə şagirdi psixoloji zədə almaqdan xilas edə bilər.

Eyni zamanda belə halların qarşısının alınması üçün davamlı təbliğat və maarifləndirmə işləri də həyata keçirilməlidir. Bunu etmədən konkret nəticələr nail olmaq qeyri-mümkündür.

Onu da qeyd etmək lazımdır ki, bullinqlə mübarizədə həm müəllimlərimizin, həm valideynlərimizin, həm də məktəblərimizin üzərinə ciddi vəzifələr düşür. Hər kəs bu məsələdə üzərinə düşən vəzifəni vicdan və insafla yerinə yetirməlidir" deyə o, bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər