“Struktur dəyişikliklərinə çoxdan başlanılmalı idi, yenə də gec deyil”-MÜSAHİBƏ
1-12-2022, 10:09
934

“Struktur dəyişikliklərinə çoxdan başlanılmalı idi, yenə də gec deyil”-MÜSAHİBƏ

TehsilForumu.Az - “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması idarəetmədə operativliyi, çevikliyi və mobilliyiyi artıracaq”.

 

Noyabrın 25-də Elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə təhsilin bir sıra cari və həllini gözləyən məsələlərindən söz açılıb, media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırılıb. Nazirin son açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub və heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun fikirlərini öyrəndik. Geniş müsahibədən bir hissəni oxuculara təqdim edirik.

 

-Nadir müəllim, nazirin son brifinqdəki açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla bağlı sizin də fikirləriniz maraqlı olardı...

 

-Nazir o qədər məsələlərə toxunub ki, bunların hər birinə ayrı-ayrılıqda münasibət bildmək xeyli vaxt aparmış olardı. Qısaca onu deyə bilərəm ki, brifinqdə təhsil müəssisələrinin istilik təminatından, məktəblərin internetə qoşulması və kompüterlərlə təchiz edilməsinə qədər həlli vacib olan məsələlərə toxunulması, əlbəttə təqdir olunası haldır. Sertifikasiya, tədris planı, dərslik çatışmazlığı, müəllimlərin dərs yükü, müəllim və direktorların əmək haqqı, direktor seçimi, şagirdlərin davranış qaydaları, uşaq bağçalarında qidalanma, vakant yerlər, işə qəbul kimi məsələlər də heç də az əhəmiyyət kəsb etməyən məsələlərdən olub, daim diqqətdə saxlanılmasını tələb edir. Ən başlıcası isə, bu kimi brifinqlərin mütəmadi olaraq keçirilməsi və təhsilimizin sual doğurası aspektlərinə toxunulması təhsildə dövlət siyasətinin aşkarlıq və şəffaflıq kimi demokratik prinsiplərinin reallaşması baxımından xüsusilə faydalıdır.

 

-Struktur məsələsinə toxunmadınız, halbuki, Elm və Təhsil Nazirliyi yanvar ayında yeni strukturda fəaliyyətə başlayacaq...Toxunmadım ona görə ki, bu, ayrıca mövzunun geniş söhbətidir. Əgər xatırlayırsınızsa, nazir bir müddət əvvəl də struktur məsələsinə toxunmuş və demişdi ki, məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Struktur daxili quruluşdur. Daxili məsələləri tənzimləmədən digər məsələlərə münasibətdə hansı düzgün yanaşmadan söhbət gedə bilər?! Aşağı strukturların effektivliyi bir çox halda yuxarı idarəetmə strukturlarının quruluşundan asılıdır. Açıq etiraf edək ki, uzun illər təhsilin məzmun və strukturca deyil, əsasən formaca yenilənməsinə diqqət yetirmişik. Bu isə, öz növbəsində islahatların nəzərdə tutduğumuz tempdə deyil, nəzərəçarpacaq dərəcədə ləng inkişafına təsirsiz ötüşməyib. Fikir versək görərik ki, bir vaxtlar Təhsil Nazirliyi üç dövlət qurumu - Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, nazirlik statusunda olan Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən idarə olunanda təhsilin bu ayrı-ayrı konkret sahələri bu üç sahənin mütəxəssisləri tərəfindən daha mobil və çevik idarə olunurdu, nəinki sonrakı dövrlərdə, digər tərəfdən idarəetmənin rəhbərlik və nəzarət funksiyalarının operativliyi daha yüksək səviyyədə təmin olunurdu və s. Bu üç müstəqil qurumun birləşdirilməsi əsasında vahid bir qurumun-Təhsil Nazirliyinin yaradılması rəhbərlik və nəzarəti zəiflətməklə yanaşı, idarəetmə sistemində operativliyi, çeviklik və mobilliyi də xeyli azaltmış oldu.
Sözünüzdən belə çıxır ki, mərkəzləşmə prosesində idarəetmədə struktur bölmələri arasında funksionallıq azalır, koordinasiyanın əlaqələndirmə və tənzimləmə mexanizmləri zəifləyir...

 

 

-Belə də demək olar. Yəqin, çoxları mənimlə razılaşar ki, Dövlət Texniki Peşə Təhsili Komitəsi ayrıca dövlət qurumu olanda texniki peşə təhsili çox yüksək inkişaf səviyyəsində olub. Həmin dövrdə texniki peşə təhsilinə maraq da böyük idi. Ancaq, Təhsil Nazirliyi daxilində fəaliyyəti ərzində Azərbaycanda peşə təhsilinin keyfiyyəti xeyli aşağı düşdü. Peşə məktəblərinə maraq və diqqət azaldı. Nəhayət, Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiya qəbul olundu. Orada təhsilin mərhələləri, pillələri, təhsil sahəsindəki mövcud vəziyyət təhlil olundu, hədəflər müəyyənləşdirildi. Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Struktur dəyişikliyindən sonra yeni yaradılan strukturun fəaliyyəti və bu sahədə olan dirçəlişlə bağlı faktları sadalamağa elə də bir ehtiyac görmürəm.

 

Və yaxud, hələ 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar vermişdi. Bu qərarı tətbiq etmək məqsədilə, 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanaraq, həmin əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor da yaradılmışdı. Bunula belə, diplomların tanınması və təsdiqi ilə bağlı minlərlə şikayət, narazılıq və iddialar əsasında məhkəmə çəkişmələri ara vermirdi.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq, kvalifikasiyaların tanınması üzrə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutuldu. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikası nəzərə alınaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya ediləcək dəyişiklik nəticəsində çeviklik və mobillik təmin olundu və uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında nəzərə çarpacaq irəliləyişə yol açıldı.

 

İstər peşə təhsili sahəsidəki danılmaz uğurlar, istərsə də ali təhsil sahəsində ixtisasların tanınması sahəsində baş verən nəzərəçarpacaq dönüş bilavasitə idarəetmədə edilən struktur dəyişiklikləri - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin yaradılması sayəsində baş verib.

 

Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanından sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu Nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılması nəzərdə tutuldu ki, bu da gözlənilən idi. Nazir kimi biz də optimizmi saxlayaq və əminlik bildirək ki, ilin sonuna qədər işlər yekunlaşacaq və növbəti ildən yeni strukturla fəaliyyətə davam edəcəyik.
 
 saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 5-10 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfindən də yerinə yetirilə bilərdi. Dərsliklərdəki 2-ci, 3-cü dərəcəli lazımsız materialları çıxarıb həmin dərs saatlarını təkrara vermək hesabına və ümumtəhsil məktəblərinin təhsil proqramları ilə qəbul imtahanları testlərini uzlaşdırmaq yolu ilə də problemin həllində müəyyən irəliləyişə nail olmaq olar. Daha konkret desək buraxılışda nə vermişiksə, qəbuldada da onu tələb etməliyik Ən başlıcası isə “biz qiymətləndirməni, qəbul imtahanlarının sturukturunu dəyişdirmədən” bu kimi problemləri aradan qaldırmaqda yeni problemlərlə üzləşməli olacağıq. Necə ki, şagirdlərin repetitor yanına getməsinə bilərəkdən və ya bilməyərəkdən rəvac verdik, bu hal şagirdlərdən tələbələrə, bakalavrlardan maqistrlara, maqistrlardan müəllimlərə, müəllimlərdən direktor müavinlərinə, direktor müavinlərindən direktorlara sirayət etdi. Bir doktorant və dissertant hazırlığı qalmışdı, o da baş tutub.

 

Sual olunur, hazırlıq varsa, əlavə hazırlığa nə ehtiyac varmış? Məktəb, müəllim varsa, repetitor, kurs nə deməkdir?! İstənilən halda məktəbin, müəllimin nüfuzunu xilas etmək üçün nəsə etməliyik. Ancaq, nə...? Bu barədə hamılıqla düşünməliyik.

  

(ardı var)

 
0 0

Şərhlər

Oxşar xəbərlər