Qəbul səviyyəsi çox aşağıdır, təcili həyəcan təbili çalınmalıdır- Ekspertdən müraciət
2-10-2022, 07:11
444

Qəbul səviyyəsi çox aşağıdır, təcili həyəcan təbili çalınmalıdır- Ekspertdən müraciət

"Bildiyiniz kimi, kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. Statistikaya nəzər yetirsək görərik ki, kolleclərdə xeyli sayda plan yeri qalıb. Halbuki, 11 illik bazada kolleclərə qəbul aparılan zamanı ballar aşağı enmişdi".

 

TehsilForumu.Az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.

 

Ekspertin sözlərinə görə kolleclərə həddindən artıq boş plan yerinin qalması, buraxılış imtahanında şagirdlərin az bal yığması ilə bağlıdır.

 

"Bildiyiniz kimi, kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. Statistikaya nəzər yetirsək görərik ki, kolleclərdə xeyli sayda boş plan yeri qalıb. Halbuki, 11 illik bazada kolleclərə qəbul aparılan zaman, ballar çox aşağı enmişdi. Hətda 120 ballıq ixtisaslar 90-95 bala düşmüşdü.Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub. Nəticədə isə balları aşağı düşməsinə baxmayaraq, kolleclərdə bu qədər boş plan yeri qalıb". 

 Ekspert kolleclərdə balın formalaşma meyyarlarından danışdı:

 

"Kolleclərə keçid balı şagirdin buraxılış imtahanında yığdığı bal əsasında formalaşır. Tutaq ki, hansısa ixtisasa 20 qəbul yeri ayrılıb . Bu zaman 20-ci yerdə qəbul olmuş abituriyentin balı keçid balı kimi formalaşır. Bu da onu göstərir ki, həmin 20 nəfər həddindən artıq az bal yığıb".

 

Məktəblərdə artıq həyəcan təbili çalmalıdır...

 

"Mən apardığım ixtisas seçimlərinə nəzərən deyim ki, keçən il 97-98 balla qəbul olmuş abituriyent, bu il həmin ixtisasa 68 balla qəbul olub. Bu da onu göstərir ki, məktəbi bitirmiş şagird buraxılış imtahanında çox aşağı bal toplayıb. Bu artıq məktəb, repetitorlar və hazırlıq kursları üçün siqnaldır. Və artıq həyəcan təbili çalınmalıdır".

 

Kolleclərdə keçid balının bu qədər aşağı düşməsi DİM və Elm və Təhsil Nazirliyinə mesaj olmalıdır.

 

 

"11 illik bazada kolleclərə keçid balının bu qədər aşağı düşməsi, DİM həmçinin Elm və təhsil nazirliyinə mesaj olmalıdır. Balların aşağı düşməsinə baxmayaraq, boş plan yerlərinin qalması orta məktəbi bitirmiş şagirdlərin savadsızlığını göstərir.

 

Onu da deyim ki, 9 illik bazada kolleclərin göstəricisi daha yüksəkdir. Bu problem artıq qaldırılmalı və çıxış yolu tapılmalıdır"- ekspert qeyd edib.

 

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 2-dək aparılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər