GÜCLÜ ORDU YURD YERİNİN HƏSRƏTİNƏ SON VERDİ
25-06-2024, 10:30
320

GÜCLÜ ORDU YURD YERİNİN HƏSRƏTİNƏ SON VERDİ

            Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir.
   Azərbaycan Ordusunun yaranmasının 106 yaşını Qələbə sevinci ilə qeyd edirik. Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və qətiyyəti, igid oğullarimizin göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı. 28 illik Vətən həsrətinə son qoydu. Canlarından keçən şəhid oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz ,mülkü vətandaşlarımız xatirəsi xalqımızın, əzizlərinin ürəyində yaşayacaqlar! Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik
        Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu . Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bu savaşa inanması, xalqın birlik və bərabərlik içində bu işə ürək qoyması ilə qüdrətli Azərbaycan Ordusu ürəyimizi alanların ürəyini sökdü. Şuşa Dağlıq Qarabağın bütövlüyünün simvoludur. Şuşa azad edildi, Azərbaycan dövlətçiliyinin və Silahlı Qüvvələrinin birliyinin simvolu olaraq üçrəngli bayraq oraya sancıldı. Hərbi-strateji mövqe, siyasi və psixoloji hədəf olan Şuşanın Bayraq Günündən 1 gün əvvəl azad edilməsi simvolika və dəyər baxımından çox əhəmiyyətlidir.Azərbaycan işğaldakı torpaqların azad olunması davam edəcək. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti, misli görünməmiş qəhrəmanlığı sayəsində, 5,5 km² əraziyə malik , alınmaz qala kimi qorunan bir şəhəri əliyalın 400 nəfərlik qüvvə ilə işğaldan azad edən tək bir orudu var : Azərbaycan ordusu!
 Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanın azad etməsi bizim üçün: -Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış qürurumuzun qaytarlması;
-Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası; -Qarabağda tam və qəti üstünlüyün əldə olunması;
-Azərbaycan ordusunun və dövlətinin nüfuzunun artması.
       İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması demək idi! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun, Xalqimızın birliyi, Haqq işimizin nəticəsi QƏLƏBƏMİZDİR! Mənfur düşmənə verdiyimiz tarixi dərs Qürurvericidir. Güclü Lider, Güclü Ordu , Güclü Xalq Azərbaycan məktəbinin yetirməsi, Azərbaycan müəllim əməyinin bəhrəsidir. Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
VƏTƏNİN OLMAQ GƏRƏK! Gözün aydın Azərbaycan Dünyası! Güclü Lider, Güclü Dövlət, Güclü Xalq, Güclü Ordu od ələdi, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir! Nümünəni Öyrənir!!!Ədalətli, haqqlı olan kəslərə, Allah özü kömək edir!!!


Gözün aydın Azərbaycan  Dünyası!!!
Qürur duyuruq, Azərbaycanlıyiq!!!
Şuşada dalğalanır Bayrağımız!!!

Ağır texnikasız , bir nəfəsə, Şuşani azad edibdir Ordumuz!!!Şuşa azad edildi, bəyan eylədi!
ALİ BAŞ KOMANDANIMİZ!! Baş əyirik qarşınızda, Şəhid olan oğullarımız!! Poladın  , Mill qəhrəmların, Zabitlərin, siravi Əsgərlərin, Şəhid övladların hesabını alan, Hikmətin , Maisin vardır Vətən!!!

Yaxin,uzaq ellərdən dəstəyin var! 
Türkiyə,Pakistan kimi arxadaşın!!! 
Öz xalqına arxalandın!!! 
Yumruq oldun, belini qırğın düşmənin! 
Qarabağ Azərbaycandır!!! 
Şuşamıza qayıtdıq, Qarabağa qayıtdıq!!! Dünyaya sübut etdik:- 


Biz haqlıyıq, Qürurlu!!! 
Ədalətli ,Qüdrətliyik!!! 
Vətəni canımızla Qoruyuruq!!! Bir birinə arxa dayaq, Birliyimiz oldu dayaq!!! 
Qürürla dalğalanır: 
-Qarabağda  üç rəngli Bayraq!!! (Z.V)
         
   Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın  namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq  vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq"- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması, İnsanlığın qorunmasına verdiyi töhfələr qürur vericidir.Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, Azərbaycanınn inkişafına xidmət edən Vətən övladları Qürurvericidir! Onların  dövlətə, dövlətçiliyə xidməti, Vətəninə olan sevgisi və xidmətləri sevindiricidir.  Amal və istəyində Azərbaycan dövləti dayanan, fəaliyyətləri ilə Vətənimizin qüdrətinin artmasına öz töhfhəsini vermiş  Azərbaycan oğulları!  Şəhid oğulların, Qazilərin qanı ilə suvarılan müqəddəs  səcdəgahımız Şuşa torpağı! Vətən sevgisi ilə yaşayan, Şuşanı azad etmək üçün Can verib, əza verən mənəviyyatlı, ləyaqətli oğullara borcluyuq! Şuşada  keçrilən hər bir mərasim, tədbir, görüş torpağımızın dəyərini, məkirli düşmənin çirkin əməl və niyyətini Dünyaya çatdırmağa xidmət etməlidir. Bu yolda mən nə etmişəm,nə etməliyəm sualına cavab verməli olduğumuzu Unutmayaq!  
 “Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri kimi 44 günlük Vətən müharibəsi günlərində xüsusi vebnarlar, dəyirmi masa, görüşlər keçirmiş, “Azərbaycan Bayrağı Şuşada dalğalanır”,” Qarabağın döyünən ürəyi, mədəniyyət Mərkəzi Şuşa”,   “ Tarix yazan Sərkərdə”,   “Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır... yazıları ilə mətbuatda çıxışlar etmişəm. Ölkə Prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa İli elan etməsi ilə əlaqədar verdiyi məlum fərmanına əsasən “QARABAĞ 3-cü. Beynəlxalq Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar Konfransı ŞUŞA İLİ - 2022" . mövzusunda keçirilən Konqrensin iştirakçı kimi iyun ayının 8 –də qəhrəman oğullarımızın azad etdiyi Şuşa şəhərində oldum, onların ruhuna düalar oxuyub, müqəddəs ruhların uyuduğu torpağa səcdə etdim , Şuşada  Cıdır düzündə  dalğalanan Azərbaycan Bayrağını görməyim  ömrümün xoşbəxt, unudulmaz anlarıdır. Bir anda unudulmayan Şəhidlər qarşısında baş əyirik!!!  Qazilərimizə şəfa diləyirik!!!
     Bol sərvətli, həm dövlətli, İnsanları Qabiliyyətli, Elmili, Zəkalı, Dühalı məmləkdir Azərbaycan! Qorunmalı! Bəşəriyyətin, İnsanlığın, Vətənin qorunması bu gün hər kəsin qarşısında  duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər cür  var dövlətindən, nemətindən qiymətlidir!
         
             Zəfər yolu, Haqqin yoludur! 
           Vətən sevdalı oğulların yoludur! 
           Bir yumruquq, Birliyimiz Əbədi! 
           Sözümüzün var kəsəri!!

 Vətən daşı olmalı, Qrunmalı,Orumalı!
 Qarabağ Azərbaycandır,  Möhrü Vurulmalı! 
 Qəlbimizdə  Vətən Sevgisi olmalı! (Z.V)
       
   Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq! Evimiz və son mənziliniz olan  Vətən bizim namusumz, əcdadlarımızın, övladlarımızin Şərəf və Qürur yeridir! Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olmalı!
 Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq! Azərbaycan dövləti, Azərbaycan  Ordusu və  Xalqın qətiyyəti, birliyimizin nəticəsi Qələbəmizin təminatıdır!
                                                                     Zülfiyyə Vəliyeva 
ADPU ETM-nin Elmi işçisi Respublikanın Əməkdar Müəllim
6 0

Şərhlər

Oxşar xəbərlər