Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm.
27-06-2024, 17:18
665

Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm.

Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm.

Bunu  növbəti sertifikasiya imtahanında gözlənilən yeniliklərlə bağlı sualına cavabında elm və təhsil naziri Emin Əmrullayev deyib.

TehsilForumu.Az - xəbər verir ki , Nazir bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır".

E.Əmrullayev vurğulayıb ki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu: "Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir"
0 0

Şərhlər

Oxşar xəbərlər