Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalar öz işini davam etdirir.
28-06-2024, 15:18
234

Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalar öz işini davam etdirir.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə Komissiyaların yaradılmasında  məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılmasıdır. 

Bu günədək ümumilikdə 2000-dən çox vətəndaş müraciəti qəbul edilib. 

Sözügedən komissiyalarda hər bir vətəndaşın müraciəti dinlənilir, müvafiq qaydada araşdırılması təmin edilir. 

Eyni zamanda sosial həssas əhali qrupuna aid vətəndaşların müraciətləri xüsusi nəzarətə götürülür, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
0 0

Şərhlər

Oxşar xəbərlər