Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib
26-06-2024, 18:05
245

Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

TehsilForumu.Az - İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət  qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb


Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.
 
Sərəncama əsasən, Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini icra edən, Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
 
Əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.
0 0

Şərhlər

Oxşar xəbərlər