" SON ZƏNG " tədbiri təşkil olunub - ƏTRAFLI.
14-06-2024, 20:01
942

" SON ZƏNG " tədbiri təşkil olunub - ƏTRAFLI.

TehsilForumu.Az - a bildirilib ki, Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbdə " SON ZƏNG " tədbiri təşkil olunub. İlk olaraq tədbirdə  Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevinşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri məktəbin direktoru Mərhəmət Ağayev açaraq , 11-ci siniflərə öz arzularını və istəklərini çatdırdı.Tədbirdə  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Vəli Qubatov da iştirak edib.  O da  çıxışında məzunlara arzularını və eləcədə tələbə adın qazanmağı ilə yanaşı  uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı məzunlarımıza arzu edib. Əziz məzunlarımız,hər birinizi bir daha təbrik edirik.Müstəqil həyatınızda uğur və şans daim sizlə olsun.Beləliklə  1 -ci sinif şagirdləri və sinif rəhbəri Nigar Müəllimə Əlimirzəyeva da tədbirdə fəal iştirak ediblər . 1- ci sinif şagirdləri " Son Zəng "  tədbirində şeirlər söyləməklə yanaşı ,  mahnı və rəqs etdilər. 
Dövlətimizə,xalqımıza yararlı vətəndaş olasınız.

Tədbirin təşkilatçısı Fatimə Mövlanova.


İbtidai sinif rəhbəri və tədbirdə sinif şagirdlərinin təşkilini icra edən Nigar Müəllimə Məmmədova Əlimirzəyeva.




Uğurlar arzulayırıq!

1 0

Şərhlər

Oxşar xəbərlər