Müharibə həqiqətinə görə Moskvanı tərk etməyə məcbur olan azərbaycanlı müəllimin köməyə ehtiyacı var - FOTO
24-04-2022, 08:38
317

Müharibə həqiqətinə görə Moskvanı tərk etməyə məcbur olan azərbaycanlı müəllimin köməyə ehtiyacı var - FOTO

Moskvadan olan 28 yaşlı coğrafiya müəllimi həmyerlimiz Kamran Manaflı cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq Rusiya Federasiyasını tərk etmək məcburiyyətində qalıb. O, şagirdlərinə Ukraynada “xüsusi əməliyyata” haqq qazandıran dövlət təlimatlarına əsasən müharibə haqqında danışmaqdan imtina edib.

Media.Az-ın məlumatına görə K.Manaflı aksiyadan olan fotosunu “Instagram” hesabında yerləşdirdikdən və “dövlət təbliğatının güzgüsü olmaq istəmədiyini” yazdıqdan sonra “əxlaqsız davranış”a görə məktəbdən qovulub. Bundan sonra isə böhtanlar başlayıb.

“Məktəbin direktoru Tamara Qordzeiko dedi ki, mənim 15 il həbsdə yatmağım üçün hər şeyi edəcək, çünki guya mən “vətən xainiyəm” və belə insanlar həbsdə olmalıdır. O, “Vahid Rusiya”dan olan bələdiyyə məclisinin üzvüdür. Ona görə də sözləri məni narahat etdi. Hekayəm dərc olunandan sonra onlar istədikləri hər şeyi mənə aid edə bilərdilər”, – müəllim “Meduza” nəşrinə müsahibəsində bildirib.

Hazırda çətin vəziyyətdə qalan K.Manaflı biganə olmayanlara müraciət edərək ona vəkillik xidmətinin haqqını ödəmək üçün dəstək göstərilməsini xahiş edib.

“Vəziyyət elə gətirdi ki, vətənimi tərk etməli oldum. Mən artıq Rusiyada müəllim işləyə bilmirəm. Rusiyada qalmaq çox təhlükəli idi. Ölkəni tərk etməyimdən demək olar ki, bir aya yaxın vaxt keçir. Bütün problemlərimi təkbaşına həll etməyə çalışdım, təəssüf ki, bacarmıram. Hazırda özüm və həyat yoldaşıma vəkil haqqını ödəmək üçün dəstəyinizə ehtiyacım var. Həm də bir çox müəllim mənimlə Rusiyanı tərk etdi, hər hansı bir kömək onlar üçün də faydalı olardı! Təşəkkür edirəm”, - deyə müraciətdə deyilir.


0 0

Şərhlər

Oxşar xəbərlər