Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Gəlin birgə oxuyaq!” şüarı altında "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nə həsr olunmuş tədbir keçirilib
23-04-2022, 21:02
298

Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Gəlin birgə oxuyaq!” şüarı altında "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nə həsr olunmuş tədbir keçirilib

Aprelin 22-də 1 nömrəli tam orta məktəbdə Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Gəlin birgə oxuyaq!” şüarı altında "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nə həsr olunmuş tədbir keçirilib.

Belə maarifləndirici tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsidir.

Tədbirdə təhsil işçiləri, ümumtəhsil məktəblərin şagirdləri və digər qonaqlar iştirak edib.
Açıq havada keçirilən tədbirdə məktəblilər adət-ənənələrimizi əks etdirən musiqilər səsləndirmiş, milli rəqsdə ifa ediblər. 
Daha sonra şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb müxtəlif əsərlər əsasında maraqlı səhnəciklər təqdim etmişlər.

Sonda Təhsil Şöbəsinin müdiri Arzu Alızadə yaradıcı fəaliyyəti ilə fərqlənən şagirdləri fəxri fərman və hədiyyələrlə təltif etmişdir. 











.
0 0

Şərhlər

Oxşar xəbərlər