Balakəndə 16 yaşlı məktəbli qız intihara cəhd edib
22-04-2022, 10:14
350

Balakəndə 16 yaşlı məktəbli qız intihara cəhd edib

Bu gün günorta saatlarında Balakən rayon sakini, 16 yaşlı qız intihara cəhd edib.



TehsilForumu.Az Oxu.Az-ın məlumatına görə, xəbər verir ki, yeniyetmə qız Balakən şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib.



Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və onunla psixoloji söhbətlər aparılıb. Buna baxmayaraq, qız fikrindən daşınmayıb və intihara cəhd edib.



Hadisə şahidlərinin bildirdiyinə görə, yeniyetmə özünü binadan atan zaman onu saxlayan polis əməkdaşının da həyatı üçün təhlükə yaranıb. Ancaq orada olan digər polislərin köməyi ilə onların hər ikisi xilas edilib.



Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


0 0

Şərhlər

Oxşar xəbərlər