Bu tədris ilində 3-cü dəfə uçan məktəb binası - FOTOLAR
20-04-2022, 16:00
341

Bu tədris ilində 3-cü dəfə uçan məktəb binası - FOTOLAR

Bərdə rayonun Mehdili kənd tam orta məktəbi bu gün səhər saatlarında uçub. 

TehsilForumu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya kənd sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, bu kənd məktəbində tədris ili başlanandan bəri baş verən üçüncü uçqundur. Ötən ilin oktyabr ayında məktəbin divarları iki dəfə uçub. 

Kazımovla əlaqə saxlanılıb. O, sayta faktı təsdiqlədi. Bildirdi ki, hadisə zamanı xəsarət alan olmayıb: “Ötən ilin oktyabr ayının 4-də və 6-da məktəb binası iki dəfə uçub. Qəzalı vəziyyətdə olduğuna görə məktəb heyətinə tədris üçün “domik”lər ayrılıb. Orada tədrisi davam edirik. Lakin onlar çox şəraitsizdir, qışda soyuq, yayda isti olur. Hazırda da uçqun olan binada dərs keçmirik, buna görə də xəsarət alan yoxdur”.



N. Kazımov həmçinin bildirdi ki, məktəb binasının vəziyyəti ilə bağlı Rayon Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə müraciət olunub: "Aidiyyəti qurumlardan gəlib təhsil müəssisəsinin vəziyyəti ilə yerində tanış olublar. Layihə hazırlanıb, lakin binanın nə vaxt tikiləcəyi məlum deyil". 

Qeyd edək ki, Mehdili kənd orta məktəbi 1990-cı illərdə istifadəyə verilib və təhsil müəssisəsində 210 şagird təhsil alır. Bundan əvvəl 2014-cü ildə də binada uçqun baş verib. Uçqunun tədris binasının keyfiyyətsiz materialdan inşa olunması səbəbindən baş verdiyi ehtimal edilir. 




0 0

Şərhlər

Oxşar xəbərlər