Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Təbiəti qoruyanlar” layihəsinə start verilir
20-04-2022, 12:18
391

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Təbiəti qoruyanlar” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsinə start verilir.

 

Bu barədə TehsilForumu.Az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsidir.

 

Layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur.

 

Həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanacaq, “Yaşıl layihə”, “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar təşkil olunacaq, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçiriləcək.

 

Bundan əlavə, ekoloji guşələrin, “Məktəbli bostanı”nın və “Yaşıl sinif”lərin yaradılması da planlaşdırılır.
0 0

Şərhlər

Oxşar xəbərlər