Bərdə Peşə Liseyinə infotur keçirilir
13-04-2022, 11:53
373

Bərdə Peşə Liseyinə infotur keçirilir

Aprelin 13-də ötən il yenidən qurulan Bərdə Peşə Liseyinə infotur keçirilir. 

TehsilForumu.Az xəbər verir ki, infoturda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov, millət vəkilləri Zahid Oruc, Vüqar Bayramov, Fatma Yıldırım, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, Sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, həmçinin media təmsilçiləri və digər qonaqlar iştirak edirlər. 

İnfoturun məqsədi liseydə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında ictimaiyyət nümayəndələri və media təmsilçilərinin məlumatlandırılmasından ibarətdir. 

İnfotur davam edir. 
0 0

Şərhlər

Oxşar xəbərlər