Direktor dosent Yusif Alıyevin doğum günü münasibətilə filialın kollektivi onunla görüşüb, təbrik edib
8-04-2022, 20:01
425

Direktor dosent Yusif Alıyevin doğum günü münasibətilə filialın kollektivi onunla görüşüb, təbrik edib

Bu münasibətlə direktora sürpriz təşkil edilib. 

Tədbirin moderatorluğunu həyata keçirən filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov dosent Yusif Alıyevin həyat və fəaliyyəti haqqında məlumat verdi. Onun öz keçmişi ilə bağlı bu günə kimi söylənilən bütün müsbət fikirlərə layiq olduğunu xüsusi diqqətə çatdırıb. 

Görülən yaxşı işlərin fonunda əməkdaşların da bütün bunlara sağlam münasibət göstərməli olduğunu vurğulayıb. Günün bütün hissəsini filialın inkişafına həsr edən Yusif Alıyevə öz dərin təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dos. G.Ağabəy, Təbiət fənləri və onun tədrisi kafedrasının müdiri dos. G.Həmzəyev, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri t.f.d. E.Nəsirov qeyd ediblər ki, direktor Yusif Alıyev 2 il müddətində filialın həyatında dönüş edib, əldə edilən uğurlar əməkdaşların iş fəaliyyətinə daha məsuliyyətlə yanaşmasına səbəb olub.

Daha sonra çıxış edən təbrik nitqi ilə filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva, KT şöbəsinin müdiri Pərvanə Rzayeva, dekan müavini Nübar Bayramova, İKT şöbəsinin müdiri Yusif Abayev, Mühasibatlıq şöbəsinin müdür müavini Mətanət Ağasıyeva, İnsan Resursları şöbəsinin baş mütəxəssisi Şəhriyar Laçınov, qeyd ediblər ki, idarəetmədə artıq mənəvi haqqa sahib olduğunu Yusif Alıyev əməli fəaliyyəti ilə təsdiq edib.
Sonda bütün kollektivin, hər kəsin adından hörmətli direktorumuza faəliyyətində daha böyük uğurlar arzu edib, filialda sağlam mühitin yaradılmasından, bu filialın tələbəsi olduqlarından qürur duyduqlarını diqqətə çatdırıblar.

Sonda dosent Yusif Alıyev çıxış edən, fikir söyləyən hər kəsə təşəkkürünü bildirərək Quba filialının inkişafı naminə bundan sonra da cidd-cəhdlə çalışacağını, görəvini şərəf və layəqətlə yerinə yetirəcəyini bildirib.





Bizdə təbrik edirik uzun ömür cansağlığı arzulayırıq

Nigar Müəllimə Məmmədova


0 0

Şərhlər

Oxşar xəbərlər