Aprel-may aylarında elektron ərizə qəbulu hansı abituriyentlər üçün yenidən aktiv olacaq?-Diqqət
30-03-2022, 15:52
288

Aprel-may aylarında elektron ərizə qəbulu hansı abituriyentlər üçün yenidən aktiv olacaq?-Diqqət

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün martın 17-dək ərizəsini təsdiq etməyən, XI sinfi bu il bitirən bütün abituriyentlər üçün elektron ərizə qəbulu proqramı aprel-may aylarında aktiv olunacaq.

 

TehsilForumu.Az xəbər verir ki, bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün də elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq. Həmin abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə biləcəklər.

 

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər.

 

Ərizə qəbulu proqramının aktiv olunma tarixləri barədə əlavə rəsmi məlumat veriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər