Dövlət qulluğu üzrə test imtahanı vermək üçün qeydiyyat davam edir
29-03-2022, 11:41
287

Dövlət qulluğu üzrə test imtahanı vermək üçün qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.



DİM-dən bildirilib ki, imtahan üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 10:45-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1185 (BA – 319, BB – 866) namizəd qeydiyyatdan keçib.



İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər