İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 1117 namizəd qeydiyyatdan keçib
4-12-2021, 15:26
242

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 1117 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
 
TehsilForumu.Az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:05-dək imtahanda iştirak etmək üçün 1117 (BA - 265, BB - 852) nəfər qeydiyyatdan keçib.
 
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər